Şah İsmayıl Səfəvi - İftiralara cavablar silsiləsindən..

10-06-2023, 12:04           
Şah İsmayıl Səfəvi -
Hər nə qədər bu mövzu ətrafında yazmaq istəməsək də, bizim üçün çətin olsa da, sosial şəbəkələrdə mütəmadi olaraq bu mövzu üzərindən manipulyasiya edildiyini görürük. Azərbaycan tarixinin şanlı səhifəsi olan Səfəvi-Qızılbaş dönəminə ləkə yaxmaq istəyənlər hər fürsətdə bu mövzunu qabardır və məsələdən xəbərsiz insanlarımızın zehnində şanlı tariximiz haqqında yanlış təsəvvürlər yaradırlar. Buna görədə bu yazını profilaktik tədbir kimi qəbul edin lütfən.
Keçək əsas məsələyə...
Deməli bəzi məkrli və ikiüzlü (həqiqəti bildiyi halda gizlədib onun əksini iddia edən) insanlar bu gün Şah İsmayıl Səfəvini İslamı dinini və Türk millətini bölməkdə ittiham edirlər. İddia edirlər ki, güya Şah İsmayıl dini zəmində xeyli sünni qətliamları törədib. Şiə məzhəbini Səfəvi dövlətində rəsmi səviyyəyə qaldırmaqla həm İslamı həmdə türkləri parçalayıb. Bilənlər bilir, qoy bilməyənlər də bilsinlər ki, bu iddialar kökündən yalnışdır və həqiqəti əks etdirmir. Əslində hadisələr tam tərsinə cərəyan edib.
Birincisi ondan başlayaq ki, Şah İsmayılın hakimiyyəti dövründə nə şimali nədə cənubi Azərbaycanda dini vəya məzhəbi zəmində heç bir qətliam baş verməyib. Heç bir tarixi qaynaq da bu haqda dəlil yoxdur. Döyüşlər yalnız və yalnız ordular arasında olub. Mülki əhaliyə qarşı Azərbaycanın heç bir bölgəsində əməliyyatlar keçirilməyib.
Daha sonra, Şah İsmayıl necə Türkləri bölüb ki, dünyanın dörd bir yanından təmiz qanlı türklər bütün var dövlətlərini ataraq tayfa-tayfa, ailəlikcə Şah İsmayılın yanına, Azərbaycana köç edirdilər? Tarixdə hansısa bir Türk liderə belə bir kütləvi sevgi ifadəsi varmıdır? Elə Osmanlı dövlətinin ərazisindən neçə minlərlə təmiz qanlı Türkmanın Şahın xidmətinə gəldiyindən yəqin ki, hamının xəbəri var. Axırda bu könüllü axının qarşısını almaq üçün osmanlı dövləti Türkmanlara qarşı ən sərt cəza tədbirləri həyata keçirir, onları kütləvi soyqırımı və sürgün edir. Amma bu türk köçünün qarşısını ala bilmir. Türklər İraqdan, Suriyadan, Misirdən, Anadoludan bütün məhrumiyyətlərə baxmayaraq Azərbaycana axın edirlər. Könüllərin fatehi olan Şah İsmayıla bu dərəcə Türk sevgisi vardır. Bu isə əslində Şah İsmayılın iddia edildiyi kimi bölücü deyil, məhz birləşdirici, türkləri bir bayraq altında birləşdirən bir şəxsiyyət olduğunu isbat edir.
İkincisi, gələk Türklərin coğrafi olaraq parçalanma məsələsinə. Burada da atılan iftiralar tam olaraq əsassız və qərəzlidir. Tarix sübut edir ki, əslində Anadolu və Azərbaycan Türkmanlarını məhz Osmanlı siyasəti coğrafi olaraq bir birində ayıraraq uzaq saldı. Bunu da əzəli Türkman torpağı olan şərqi Anadoluya, xüsusən də Diyarbəkr (Uzun Həsən Bayandurun ata yurdu) və ətrafına Osmanlını dəstəkləyən sünni kürdləri kütləvi yerləşdirməklə etdilər. Nəticədə, Türkmanlar ya edam olunurdu yada sürgün. Onların yerini isə osmanlıya loyal sünni kürdlər tuturdu. Osmanlı bir növ Azərbaycan və Anadolu türkləri arasında kürdlərdən ibarət bufer zonası yaradırdı. Bunun da nəticəsində Türkmanlar parçalanır və etnik təmizləməyə məruz qalırdılar. Bu günki şərqi Anadoluda kürd probleminin təməli də məhz həmin o ərəfədə qoyulmuşdu, özüdə Osmanlı tərəfindən.
Üçüncüsü, gələk dini parçalanma məsələsinə. Burada da atılan iftiralar əsasız olduğu qədər də cəfəngdir. Əvvəla, İslam dini Şah İsmayıldan düz 900 il qabaq parçalanmış durumda idi. Buna sübut kimi Hz Əli və Əbu Bəkir, Ömər, Osman arasında olan ixtilafar, Hz Əli ilə Peyğəmbərin xanımı Aişə və Muaviyə ittifaqı arasında olan müharibələri göstərmək olar. Daha sonra, Şah İsmayılın hakimiyyətinə qədər hətta sünnilər öz aralarında belə müxtəlif məzhəb və qollara bölünmüş vəziyyətdə idilər. Yox, deyə bilərlər ki, bəs ola bilər başqa yerlərdə bu ayrı-seçkilik, bölünmə vardı, amma Azərbaycana məhz Şah İsmayıl gətirdi və sair. Bu iddiada əsassızdır. Çünki Azərbaycanda şiəlik lap əvvəldən, BABƏK dövründən və hətta ondan da qabaqlar güclü dayaqlara malik idi. Buna, Babəkin bu günkü sünniliyin bazasını yaradan Əməvi-Abbasilərə qarşı başlatdığı Xürrəmi hərəkatının kütləviliyi, Azərbaycanda bu günə qədər qorunub saxlanılmış 8-ci və 9-cu əsrlərə aid xeyli sayda olan Şiə ziyarətgahları sübutdur. Paytaxtımız Bakının cənub girişində yerləşən Bibiheybət, Gəncə və Bərdə şəhərlərində yerləşən İmamzadə və oxşar ziyarətgahların tarixi ilə maraqlanlar bunu çox gözəl bilirlər.
Şiəlik bütün zamanlar da sadə xalqın inancı olub. Elə Səfəvi dövrünə qədər Azərbaycanda və Anadoluda sıravi əhalinin mütləq əksəriyyətinin şiə inancında olmasına dair xeyli tarixi faktlar vardır. Yavuz Səlimdən sonra radikal məzhəbçi sünni dövlətinə çevrilən Osmanlı sarayında və ordusunda belə şiə meyillər qalmaqdaydı. Bunu Osmanlıların dini və hərbi ayinlərindən də görmək olar.
Yəni Şiəlik bizim bölgə və türklər üçün hansısa bir yenilik deyildir. Unutmayaq ki, Şah İsmayıl şiəliyi rəsmi məzhəb elan etməzdən əvvəl Şiəlik (şiə inancında olan Türkman tayfaları) Şah İsmayılı taxta çıxarmışdır. Yəni Şah şiəliyi yox, şiəlik şahı hakimiyyətə gətirmişdir. Nəticədə Şah İsmayıl istəsədə, istəməsədə, artıq bu dövləti idarə edəcək Türk tayfalarının məzhəbi şiəlik idi.
Bundan əlavə, məsələnin kökünə gedərək "Şah İsmayıl şiəliyi elan etməklə türkü böldü" deyənlərə demək lazımdır ki, məgər fars mənşəli Buxari, Müslim, Əbu Davud və Əbu Hənifələrin imam olduqları sünnilik türklərin milli məzhəbidirmi ki, Qızılbaşlar Hz Peyğəmbərin nəvələrinin təlimi olan şiəliyi seçməklə türkləri bölsünlər? Məgər könüllü yayılan şiəlikdən fərqli olaraq sünnilik Türküstanda (Mərkəzi Asiyada) və digər bölgələrdə kütləvi edamlar və qılınc gücünə ərəblər tərəfindən yayılmayıbmı? Bəlkə elə əslində sünnilik Türkləri bölüb öz tarixi kökündən ayrı salıb? Çünki sünni İslamdan qabaq türklərin müxtəlif inanc sistemləri olub və bu gün də var olmaqda davam etməkdədir. Şamanizm, Buddizm və xristianlığa inanan türklərdmi bölücüdürlər və mütləq sünni olmalıdırlar? Bu nə məntiqdir? Bu nə anlayışıdır?
Yuxarıda dediyimiz kimi, şiəlik Azərbaycana Əməvi-Abbasi xilafətinin təqiblərindən yaxa qurtarmaq üçün pənah gətirmiş Hz Peyğəmbərin nəvələri (Gəncə İmamzadəsi, Bakı Bibiheybəti dediklərimizə əyani sübutdur) və Nəimi, Nəsimi kimi xalq dərvişləri vasitəsi ilə könüllü yayıldığı halda, sünnilik Əməvi-Abbasi xəlifələri tərəfindən məhz məcburi qılınc gücüylə yayılırdı. Nəsimi Azərbaycanın Şirvan və başqa bölgələrində "Ya Əli" deyib hayqıranda heç Şahın babası Şeyx Cüneyd belə anadan olmamışdır.
Üstəlik, Azərbaycan da şiəlik rəsmi məzhəb halına Şahdan çox-çox qabaq ən azı Qazan və Olcaytu xanlar zamanında gəlmişdir. İlk dəfə pul üzərinə "Əliyyən Vəliyullah" kəlməsini də Qazan Xan yazdırmışdı.
Dördüncüsü, gələk Şah İsmayıl zamanında türklərin dini zəmində parçalanmasının dərinləşməsi məsələsinə. Bəli bu parçalanma olub, amma Səfəvilər yox Osmanlılar tərəfindən. Bilirsiniz necə? Osmanlıların Qızılbaş Türkmanların əleyhinə verdirdikləri və "kafir", "mürtəd", "zındıq" kimi ifadələrlə "bəzənən" fətvalar hesabına. Bəli, Səlim və digər Osmanlı sultanları öz müftilərinə, Səfəvilər üzərinə hücum və şərqi Anadoluda etnik-dini təmizləmə əməliyyatlarına haq qazandırmaq və dini don geyindirmək üçün, Qızılbaş-şiə türklərin "kafir" olmasına dair N qədər fətvalar verdirmişdirlər. Bu fətvaların nəticəsində Osmanlılar dəfələrlə Anadoluda Türkmanlara qarşı kütləvi qırğınlar törətmiş və Azərbaycana işğalçı yürüşlər təşkil etmişdilər. Aşağıda fətvaların bir nümunəsini təqdim edəcəyik.
İndi deyin görək Səfəvi və Qızılbaşlar tərəfindən sünnilərə qarşı belə bir bölücü, təkfirçi fətvalar verilibmi? Hansısa Səfəvi fətvasında sünni Türkün canı, qanı, malı, namusu Qızılbaş Türkə halal hesab olunurmu? Varmı belə bir fətva tarixdə? Amma Osmanlı bunu Qızılbaş Türklərə qarşı edibdir və fətvalar da arxivlərdə bu gündə qalmaqdadır.
Belə olan halda niyə bu bölücülükdə Səfəvilər və Şah İsmayıl ittiham edilir? İnsan niyə bu qədər nadan və ədalətsiz olsun ki? Bu iftiraları təkrarlamaq nə verir axı onlara?
Şah İsmayıl Səfəvi səhifəsi
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.