Faciəmi, İlahi ədalətmi?
10-06-2023, 10:24
Doğrusu, bu yazını qiymətləndirməkdə özüm çətinlik çəkirəm. Hətta, başlıq yazmaqda da tərəddüd edirəm. Çünki, cavan – 23 yaşında bir oğlanı, deyilənə görə, atasının gözləri qarşısında köpək balığı parçalayaraq yeyib. Həm də bu proses 2 saata qədər davam edib. Hadisə Misirdə Hurqadadakı Dream Beach-də başverib. Köpək balığı 23 yaşlı rusiyalı Vladimir Popovu parçalayıb. Bütün bunlar gün ərzində yaxınlıqda üzən qorxmuş turistlərin gözü qarşısında baş verib. Hadisə şahidləri hər şeyin necə baş verdiyini danışıblar. “Bütün bunlar dənizə enişdən çox uzaqda, hamının suya girdiyi nərdivanın yanında baş verdi. Bir anda bir köpəkbalığı göründü, o, dərhal bu oğlanı dişlədi. Bunu görən xilasedicilər qayığı işə salmağa başladılar. Oğlan üzərək ondan uzaqlaşmağa çalışdı, amma bacarmadı. Dərhal onun ortadan parçaladı, ayaqları sürətlə üzə çıxdı. Və cəsədi iki saat sürüdü. Onu daim suyun altına sürükləyirdi”.
Bir versiyaya görə, faciə Vladimirin atasının gözləri qarşısında baş verib. "Oğlan yalnız bir dəfə qışqıra bildi: ya ata, ya da xilas edin deyirdi, aydın deyildi" deyə şahid davam edir. Bizə elə gəldi ki, onun yanında sevgilisi var, çünki o, çox qışqırırdı. Onun xilasediciləri onu qayığa sürüklədikdən sonra daha iki qızı xilas ediblər. Onların hamısını həkimlər və ya polis aparıblar, çünki şokda, isterikada idilər”.
Vladimir Popov Arxangelskdəndir. Dostları üçün onun ölüm xəbəri şok olub. Onların sözlərinə görə, indi onun ölüm xəbərini bir-birinə ötürürlər. Sahildə qışqıran qızın kim olduğu hələlik məlum deyil. Məlum olduğu kimi, oğlanın sevgilisi hazırda Rusiyadadır. O, indi şokdadır.
Nə üçün qiymətləndirməkdə çətinlik çəkirəm? Əlbəttə, faciədir, xüsusilə əgər bu, çarəsiz atanın gözləri önündə baş veribsə. Amma məsələnin başqa bir tərəfi də var: Rusiyalı kasıbların balaları Vladimir Putinin axmaqlığı və mənasız ambisiyaları üzündən Ukrayna çöllərində mərmi qəlpələrindən param-parça olduqları bir zamanda imkanlı rusların istirahat guşəsində kef çəkmələri nə dərəcədə düzgündür? Bəlkə, bu, elə İlahi ədalətin özüdür?
P.S. Hadisənin videosu da var. Amma baxmaq olmur, ona görə də paylaşmadım.
Dadaş Əhmədli
Teref.az