KARAMANOĞLU MEHMET BƏY
11-06-2023, 09:26
İlk adamdır ki, Türk dilini Anadoluda dövlət dili səviyyəsinə qaldırmışdır. Karaman və Akmanlar bəzi tarixçilərin iddia etdikləri kimi Türkiyəyə Xl əsrdə gəlməyiblər. Onlar er.əv.lV əsrdə Türkiyə ilə Suriya arasında yaşayırdılar.
Makedoniyalı İsgəndərə məğlub olub iki yerə bölündülər. Bir hissəsi Ön Asiyada qaldı, bir hissəsi şimal-qərbi Afrikaya Liviya səhrasına köçdü.
Publi Maron Vergili (er.əv.ll əsr) yazır ki, onlar hücum edib Karfageni mühasirəyə alırdılar. Er.əv.227-ci ildə Makedoniya imperiyası dağıldı. Karamanlar azad olub yüz illərlə Anadoluda türklüyü qorudular.
Onların alplıq və ərənlik tarixi Karaman dastanında qələmə alınmışdır. Həmin eposa görə Karaman Urum çarıdır. Yəni Urum gölü ətrafının xaqanıdır. Karamanların bir hissəsi də xristian dinini qəbul edib Albaniyada yurd salmışdır.
Arakel Davrijetsi yazır ki, yepiskop David Şamxor dərəsinin Karaman nəslindəndir. Təbrizli tacir Xaçatur XVl əsrdə dastanı İtalyan dilinə çevirib Venetsiya şəhərində erməni eposu kimi nəşr etdirmişdir. Bizim bundan xəbərimiz yoxdur. Gürcülər də onu öz eposları kimi çap etdiriblər. Biz bundan da xəbərsizik. Xəbəri olan alimlərə də qalayçı paxır qazana baxan kimi baxırıq. Necə düşünürsünüz: Basqaldan qalayçı gətirib paxır qazan kimi qalaylansaq, ədəbiyyat tariximizi layiqincə öyrənə bilərikmi?
Bax: İlhami Cəfərsoy. Karaman dastanı İver dilində. Bakı, 2014.
İlhami Cəfərsoy
Teref.az