Şimali Qafqaz "Dağlılar Respublikası"nın siyasi lideri Əbdülməcid-Tapa Çermoyevin vəfat etdiyi gündür.

28-08-2023, 13:18           
Şimali Qafqaz "Dağlılar Respublikası"nın siyasi lideri Əbdülməcid-Tapa  Çermoyevin vəfat etdiyi gündür.
Bu bizik?!
P.Brulanın "Qəhrəmanlıq ücün bircə an belə kifayətdir, ləyaqətli insan olmaq ücün isə bütöv bir ömür kifayət etmir" ifadəsini çox sevirəm. Düşünüdüm ki. bu ifadə bu günkü qəhrəmanımıza çox yaraşar. Kiçik fərq isə budur ki, bu günkü qəhrəmanızın bütün ömrü qəhrəmanlıqla keçib. Bu qəhrəman həyat yoldaşı azərbaycanlı olan çeçen baş nazirdir. Yox, o kasıb olmayıb, hətda deyim ki, neft milyonçusu olub.
Bu gün Azərbaycan Cümhuriyyətinin yaxın dostu, Şimali Qafqaz "Dağlılar Respublikası"nın siyasi lideri Əbdülməcid-Tapa Çermoyevin 55 yaşında vəfat etdiyi gündür.
O, Qarabağ xanlarının nəslindən olan Xavərsultan bəyim İbrahimbəyova ilə əlaqə qurmaqla Bakı Şəhər Dumasının üzvü, mühəndis, xeyriyyəçi. Fərrux bəy Vəzirovla bacanaq olub.

Xavər xanım qəhrəma azərbaycan qadınıdır.Çox təəssüf edirəm ki.onun həyat fəaliyyəti hələ də geniş işıqlandırılmayıb.
Baxın: Ərinin razılığı ilə Xavər xanım müharibəyə tibb bacısı qismində könüllü getməklə Beynəlxalq Qırmızı Xaçın Qafqaz “Vəhşi Diviziyası” yanında 22 saylı Mobil Bölməsinin tərkibində göstərdiyi fədakarlıqlara görə 1915-ci ildə Müqəddəs Anna ordeninin lenti üzərində “Çalışqanlığa görə” gümüş medalı ilə mükafatlandırılıb!!
Əbdülməcid “Tapa” Çermoyev 1937-ci ilin avqustunda İsveçrənin Lozanna şəhərində vəfat edib və o, Parisin ətrafındakı Bobinyi müsəlman qəbiristanlığında dəfn olunub. Həyat yoldaşı (sonralar boşanmışdılar ) Xavər xanım isə 14 oktyabr 1953-cü ildə Lozannada 65 yaşında vəfat edib.. İstəklərinə uyğun olaraq cənazəsi Parisə aparılır və Bobinyi müsəlman qəbiristanlığında böyük bacısı Mahrux bəyim Zülqədərin (qızlıq soyadı İbrahimbəyova) məzarında dəfn edilir. Xavər xanımın məzarı Tapanın qəbrinin solunda yerləşir.. Onun sağında isə Nadir və Mirzə Əsədullayevlərin məzarlarını, eyni sırada da Ənuşirəvan Zülqədərovun qəbrlərini görmək olar...Bu ərazidə həmçinin Azərbaycan Cümhuriyyətinin naziri və Paris Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü Əkbər Ağa Şeyxülislamov da basdırılıb.
Çemoyevin bizə yaxınlığını ifadə edən təkcə bu fakt deyildi. Gəlin baxaq.

Çermoyev H.Bammat ilə birlikdə 1918 il mayın 11-də Qafqaz dağlı xalqlarının İstiqlal Bəyannaməsini imzalamaqla "Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası" nın yarandığını ilk dəfə bəyan edib. Xüsusi olaraq diqqətinizə çatdırım ki, 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev hətda Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar da qəbul edib.!!
Tarixi sənədlər göstərir ki, Tapa Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə bir müttəfiqdən daha yaxın olub . O, etibar edilən və lazım olan təqdirdə köməyə yetişəcək biri idi. Topçubaşov isə Şimali Qafqazın dağlı siyasi xadimləri tərəfindən nüfuzlu ağsaqqal kimi qəbul edilirdi. Onlar tez-tez məsləhət almaq üçün Topçubaşova müraciət edir, yaxud Əlimərdan bəy Şimali Qafqaz diaspora üzvləri arasında düşən mübahisələri yoluna qoyurdu. Azərbaycan və Şimali Qafqaz diasporları çətin dövrlər yaşadıqları yad Fransa mühitində hərtərəfli birlik nümayiş etdirirdilər. “Dördlüyün” (dörd Qafqaz respublikasının – Şimali Qafqaz, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri komitəsi) plenar iclaslarında da Azərbaycan və Şimali Qafqaz nümayəndə heyətləri biri digərinin mövqeyinə dərhal dəstək olurdu.
Bəri başdan deyim ki, "Dağlılar İttifaqı"nın maliyyələşdirilməsində azərbaycanlı neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və Mirzə Əsədullayev yaxından iştirak ediblər. Paris Sülh Konfransına qədər müddətdə isə Tapa Çermoyev Dağlılar hərəkatının sıralarında bir sıra mühüm vəzifələrdə çalışmış, bir neçə vacib missiyaya rəhbərlik etmişdi. 1917-ci ilin mayından etibarən hərəkatın Mərkəzi Komitəsinin sədri vəzifəsini icra etməyə başlamışdı. Həmin ilin iyul ayında anti-inquş üsyanları dövründə o, Terek vilayətinin Müvəqqəti Hərbi Komitəsinin rəhbəri idi. 1918-ci ilin mayında Şimali Qafqaz Dağlılar Respublikasının rəsmi qurulmasından sonra isə Tapa Çermoyev Respublikanın Baş naziri seçilmiş və Osmanlı İmperiyası ilə müqavilənin imzalanmasına nail olmuşdu. Birinci Dünya müharibəsi bitdikdən sonra respublikanın taleyinin həll olunacağı Paris Sülh Konfransına göndərilmişdi.

İkitərəfli münasibətlərin tənzimlənməsi üçün Azərbaycan və Şimali Qafqaz nümayəndələrinin xüsusi komissiyası yaradılanda komissiyaya Azərbaycan tərəfindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, dağlılar tərəfindən Heydər Bammatvə o cümlədən Çermoyev və M.-Q.Dibirov daxil olmuşdular.
Onu da əlavə edək ki, Azərbaycan Cümhuriyyətinin Avropa universitetlərinə oxumağa göndərdiyi tələbələrin təqaüdlərinin ilk hissəsinin ödənilməsində də Tapa böyük maliyyə köməkliyi göstərmişdi. İmmiqrasiya dövründə də o, Şimali Qafqaz xalqlarının azadlığı uğrunda mübarizə aparmış, xarici dövlət nümayəndələri ilə görüşlər keçirtmiş və buraxdığı qəzetlərdə, mətbuatda yayılması üçün əlindən gələni etmişdir.

Ruhu qarşısında təzimlə
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.