QÜTBŞAHLAR DÖVLƏTİ

3-09-2023, 11:04           
QÜTBŞAHLAR  DÖVLƏTİ
TARİXİMİZ : Dərsliklərimizdə Qaraqoyunlu adı ilə tanıdılan Azərbaycan sülaləsi olan Baharlıların indi bizdən çox uzaqda hesab etdiyimiz Hindistan yarımadasında qurduqları dövlət haqqındadır... Nadir şah ƏCDADLARININ İZİ İLƏ HİNDİSTANA GETMİŞDİ !!!
QÜTBŞAHLAR DÖVLƏTİ
Hindistanın cənubunda yaranmış türk-müsəlman dövləti olan Bəhmənilərin süqutundan sonra yaranmış 5 dövlətdən biri də Qütbşahlar dövləti olmuşdur. Sülalənin əsasını Azərbaycanın Baharlı sülaləsindən olan hökmdarı Qara İskəndərin nəvəsi - Veyisqulu xan Baharlı qoymuşdur. Onun oğlu Sultanqulu Qütb ül-Mülk Bəhmənilərin zəifləməsindən istifadə edərək, paytaxtı Gülkənd (Hind mənbələrində Qolkonda) olan müstəqil dövlət yaratmışdır. Mənbələrin verdikləri məlumata görə, 1512-ci ildə Sultanqulu Baharlı Məşhədi ziyarət etmiş və qayıtdıqdan sonra müstəqil dövlətin əsasını qoymuşdur. Sultanqulu 1543-cü ildə sui-qəsd nəticəsində öldürüldükdən sonra hakimiyyətə oğlu Cəmşid Qütbşah Baharlı (1543-1550) gəldi. Dövlətin əsas gəliri Gülkənddəki dəmir və Krişna vadisində yerləşən almaz yataqları ilə bağlı idi. İbrahimqulu Qütbşah Baharlı (1550-1580) sultan titulunu qəbul etdi. Onun hakimiyyəti illərində dövlətin ərazisində əkinçilik və sənətkalıq daha da inkişaf etdi. Ucu almazdan düzəldilən nizələr bütün Müsəlman Şərqində məşhur idi. Qütbşahların dövlət dini İslam dininin şiə məzhəbi idi.
Soyköklərinə bağlı olan Qütbşahlar əyalətlərə ancaq türkman əsilzadələrini canişin təyin edirdilər. Mədəniyyətin inkişafına böyük diqqət yetirən Məhəmmədqulu Qütbşah Baharlının (1580- 1611) yerli xalqların adətlərinə hörmətlə yanaşır, özü də şeirlər yazırdı. Ölkədə Azərbaycan türkcəsi ilə yanaşı fars, urdu və telequ dilləri də yayılmışdı.1591-ci ildə Məhəmmədqulu şahın əmrilə Heydərabad şəhərinin salınmasına başlanıldı. Paytaxt Gülkənddən Heydərabada köçürüldü. Sultan Məhəmməd şah Baharlı(1611 - 1625) və Abdulla şah Baharlının (1625 - 1672) hakimiyyətləri illərində dövlət özünün qüdrət zirvəsinə çatdı. 1672-ci ildə taxta Abdulla şah Baharlının kürəkəni Əbülhəsən Tana Şah (1672 - 1687) çıxdı.Onun hakimiyyətinin sonuna yaxın Qütbşahlar dövləti öz müstəqilliyini itirərək Böyük Moğol imperatorluğunun tərkibinə qatıldı.
Qütbşahlar dövlətinin mövcudluğu dövründə Hindistandakı Türk-İslam mədəniyyətinin incilərindən sayıla biləcək bir çox abidələr inşa edilmişdir..
Kərəm Hətəmoğlu Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.