Orta Asiyanın seçilən sənət nümunəsi - Əlincəçay xanəgahı

4-09-2023, 09:14           
Orta Asiyanın seçilən sənət nümunəsi -
Əlincəçay xanəgahı Culfa rayonunun Xanəgah kəndində, Əlincəçay sahilində yerləşir və orta əsrlərə aid bir memarlıq kompleksidir. Əvvəlcə daha çox tikililərdən ibarət olan kompleksdən dövrümüzə bir türbə, bir məscid və başqa inşaların qalıqları gəlib çatıb. Kompleksin əsasını da elə, bu türbə təşkil edir. Quruluşuna görə kvadrata bənzəyən kompleks Əlincə qalasının yaxınlığındadır. İşlənmə texnikasına görə onu Orta Asiya və Cənubi Azərbaycanın gəc üzərində işlənmiş ən yaxşı sənət nümunələri ilə müqayisə edirlər.
Türbənin giriş qapısının baş tərəfində rast gəlinən kitabədən onun Uluq Qutluq Lala bəyin əmri ilə tikildiyi məlum olur. Amma kitabənin son hissəsi uçulduğundan türbənin neçənci ildə tikildiyi məlum deyil. Lakin, memarlıq xüsusiyyətlərinə görə, XII-XIII əsrlərə aid edilir.
Trübədə üzərində yazı olmayan bir qəbir də var. Xalq arasında yayılan inanca görə, burada hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn olunub. Nəiminin əmir Teymurun oğlu Miranşahın əmri ilə Əlincə qalasında edam olunduğunu və yaxınlıqda dəfn edildiyini nəzərə alsaq, xalqın inancının həqiqətə uyğun olduğunu iddia etmək olar.
Kompleksdəki məscid isə xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən biri olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə 1496-cı ildə onun xanımı ehtimal olunan Xond Bikə xatun tərəfindən inşa edilib. Xond Bikə xatun vəfat etdikdən sonra özü də xanəgahın yanında dəfn edilib. Ona məxsus sənduqə tipli xatirə abidəsi hazırda Xanəgahın yanında qalmaqdadır.
XV əsrdə birinci məqbərənin portalı yaxınlığında çaydaşından tikilmiş ikinci bir məqbərə ucaldılıb. Alt hissəsindəki yazıda binanın inşa olunma tarixi 1496-ci il olaraq qeyd olunub.
Məqbərənin inşasında iki inşaat materialından istifadə olunub: binanın səthi daşdan, daxili isə kərpicdən hörülüb. Sonradan dağılmaması üçün həmin hissəyə daşdan üzlük çəkilib. Üzlük bişmiş, açıq rəngli kərpic plitələrdən istifadə olunaraq çəkilib.
Gündəlik Naxçıvan
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.