Azərbaycan dövlətçiliyinin ən işıqlı və fəxr ediləsi dövrü isə təbii ki, Səfəvilər dövrü olub..

20-10-2023, 00:03           
Azərbaycan dövlətçiliyinin ən işıqlı və fəxr ediləsi dövrü isə təbii ki,  Səfəvilər dövrü olub..
Bu günlərdə ermənilərin tariximizi saxtalaşdırmağa çalışdığı bir çox paylaşımlarla sosial şəbəkələrkdə qarşılaşırıq və bəzən susaraq keçirik. Məsələn, ən son bir erməninin " Koka-kola şirkəti Azərbaycan respublikasından qədimdir " deməsi sözün həqiqi mənasında qeyrətimə toxundu... Erməni təxribatçını necə lazımdı "mat" vəziyyətinə saldım. Əlahəzrət fakt bu qarşıdurmada köməyim oldu. Əlbəttə, qədim Manna, Midiya, Albaniya, Atropatena dövlətlərindən müasir tipli respublikayadək uzun bir tarixi inkişaf yolu keçmiş Azərbaycan dövlətçiliyinin kökünü düşmənə başa salmağı özümə borc bildim. İlk dövlət qurumu Aratta ölkəsi Azərbaycan torpaqlarında yerləşirdiyini sübut edən faktlarla onları susdurmağım elə də asan olmadı. (Var olsun dürüst və savadlı tarixçilərimiz!)Yəni cavab verə bilmədikləri üçün ermənilər məni blok etdilər.
Azərbaycan dövlətçiliyinin ən işıqlı və fəxr ediləsi dövrü isə təbii ki, Səfəvilər dövrü olub..
Təbii ki, bu dövr iran-fars qısqanclığı sayəsində, sonra da erməni "tarixçilərinin" son illər farslara qoşularaq tariximizə nifrətli müdaxiləsi, uydurduqları saxta dəlil və faktlar bir çox özünü "azərbaycanlı" sayanların da işinə yaradı. Fars, erməni dəyirmanlarına su tökən "azərbaycanlılar" da Böyük Şah İsmayılı və tarixdə yaradılmış yeganə Bütöv Azərbaycan dövləti olan Səfəvi dövlətini ləkələməyə çalışdılar.

Tarixi düşmənlərimiz Şahımızı kürd, fars, ərəb deyə bütün xalqlara bölür. bir təkcə türk deməyə dilləri gəlmir. Buna cavab olaraq, bildirək ki, tarixi və səhih mənbələr başqa şeylər deyir. Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, İsmayılın ulu babası Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar təkrar yazılmışdır.
V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki, "Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər".
Sovet şərqşünası, SSRİ-nin Əməkdar Elm Xadimi. Tarix Elmləri doktoru və professor İ.P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, "ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi. "Sufizmin fransız tədqiqatçısı Massinyon Səfəviyyə təriqətini "Suxravərdiyyə dərviş ordeninin Azərbaycan qolu" olduğunu yazır.
Səfəvilər dövlətini fəlakət tarixi hesab edən "azərbaycanlılar"a bildirək ki, Bütöv Azərbaycan yaradan Şahımızn daha bir danılmaz xidməti də var: Azərbaycan dilini ilk dəfə dövlət dili elan etdi.
Tarixçilər yazır: Manna, Mada dövründə aparıcı aborigen tayfalar olan mannalıların, madalıların dili rəsmi dövlət kimi fəaliyyətdə olmuşdur. Lakin Əhəməni, Sasani imperiyalarının və Xilafətin tərkibində geniş türk dilli əhalinin işlətdiyi dil başqa, rəsmi dövlət dili başqa dil olub. Əsrlərlə davam edən bu prosesi Şah İsmayıl dayandırıb. Şah İsmayılın göstərişi ilə xalq ilk dəfə öz dilindən ali məclislərdə, yazışmalarda, diplomatik sənədlərdə həvəslə istifadə etmişdir. Yalnız Səfəvilər Azərbaycan türk dilini tamhüquqlu dövlət dilinə çevirmişlər. Bununla yanaşı, onlar heç bir dilin hüququnu əlindən almamış, heç bir etnosun dilini türkləşdirməmişlər.
Səfəvi dövlətinin daha bir özəlliyi və xalqımıza xidməti: Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, İspaniya, Portuqaliya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.
Səfəvilər dövləti yarandığı gündən qısa müddət ərzində bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmişdi. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi Azərbaycan türklərinin dünyagörüşünün təkamülünə kömək etdi.
Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.
Bəli, bir məqalədə deyidiyi kimi: O, gələcək nəsillərə bir ucu Kəngər körfəzini, digər ucu Ərzincanı, başqa bir ucu isə Dərbəndi ağuşuna alan bir dövlət ərməğan etdi. Xətai ətrafında söhbətlərin əsas ideya mənbələri Tehran və Piterdir”.
Şah İsmayıl Xətai fəlakət tariximiz yox, qürur mənbəyimizdir. Onu qəbul etməyənlər isə ya Piterin, ya da Tehranın "əl oyunçularıdır"!
Əntiqə Rəşid
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.