Ele çal ki Ağdam geri qayitsin!!!

25-07-2016, 13:00           

Garabağın Həcəri- Səbirə Mahmudova
Ele çal ki Ağdam geri qayitsin!!!
Xalqimin milli serveti Remişe xitaben...
Simlerdən ürəyə qan tökən Rəmiş!
Mizrabla seçilib can sökən Rəmiş!!
Səxavət timsalli diz bükən Rəmiş!
Elə çal ki Ağdam geri qayitsin!

Bir vaxtlar o simə toxunan zaman,
Seyyidden,.Cabbardan oxunan zaman,
Üzeyirə, Xana toxunan zaman,
Rəşiddən çal, Ağdam geri qayitsin!

Ekrana sataşan gözlər ağladi,
mizraq o tellərə kədər bağlad,
kəsmə şikəstədə sinə dağladi,
Famildən çal,Ağdam geri qayıtsın!

"Vor zakon", Fredin yurdudur Ora.
Şirinin gözünün qurdudur Ora,
Bağırov soyunun dərdidir Ora,
Ərşaddan çal, Ağdam geri qayıtsin!

Qobustanı ayaq üstə qalxızan,
Ateşlərə sinəsini durğuzan,
Əsgəranı vahimədən qorxuzan,
Faiqdən çal Ağdam geri qayıtsin!

Elə caldın gözlərimdən sel axdı,
Dağlı urəyimi yandırıb yaxdı,
İldırım tək Qar Qar üstünə çaxdı,
Əlifdən çal Ağdam geri qayltsın!

Xuramanın ruhu pərvaz eylədi,
Şaxtalı qış günün O, yaz eylədi,
Dərddən gedib Ağdama naz eylədi,
Cəfərdən çal,Ağdam geri qayısın!

Canpolad tək,igidləri yetirən,
On minlərlə şəhid oğul bitirən,
Şuşa üçün Ramizini itirən,
Anadan çal Ağdam geri qayıtsin!

Təbriz tək şəhidlər məkani Ora,
Rövşənsiz yrdumun sükanı Ora,
Düşmənin gözünn tikani Ora,
Yaqubdan çal, Ağdam geri qayıtsın!

Babaları at üstündə doğulan,
Xrmanda taxılı vaxtsız sovulan,
Rövşən üçün kədərindən boğulan,,
Laçından çal, AĞDAM geri qayitsin!

Elmanım.Aslanın Vəzirim hanı?
Mehrac Qarabağa tökubdur qanı
Tərtər qəhrəmandır! sən onu tanl!,
Sərdardan çal, Ağdam geri qayıtsın!

Əlyarlı aylarım əllə sayılar,,
Cəng səsinə başım dərddən ayılar,,
Qardaşlarım gəlsə ürək bayılar,
Həcərdən çal. Ağdam gerı qayitsin!

Mübariz tək bir ordunu susduran,
Gürşad təki Türk dünyasın durduran,
Qurtuluşdur Talişda qan qusduran,
Raqufdan çal, Ağdam gerı qayıtsın

Alayim döyuşub son gunə qədər,
İnsafsiz yazildi Tarixi Qədər,
O gundən hakimdir talemə kədər
Xosrovdan çal,Aqdam geri qayitsin!

Qaraman tək üləmalar oyansın,
Əşrəf ,Lazım,Səngər boyu dayansın,
Yusif üçün Bərdə qara boyansın,,
Elçindən çal, Ağdam geri qayıtsin,
Oxu Manaf, Qarabağım qayıtsın!!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.