UZAQ ŞƏRQDƏ QƏDIM TENQRİÇİLİK YAXIN ŞƏRQDƏ DOĞULMUŞ BABİL TÜRKLƏRİNİN ŞƏMƏŞƏ - GÜNƏŞƏ İNAMINA ƏSASLANIRDI

10-01-2024, 18:54           
UZAQ ŞƏRQDƏ QƏDIM TENQRİÇİLİK YAXIN ŞƏRQDƏ DOĞULMUŞ BABİL TÜRKLƏRİNİN ŞƏMƏŞƏ - GÜNƏŞƏ İNAMINA ƏSASLANIRDI
Uzaq Orxon-Yenisey, KAÇİN TÜRKÜTLƏRİNİN, Sayan UQRLARININ və lap Uzaq Şimalda yaşayan Uqrlara qohum türkdilli NQANASANLARIN KON`a yəni, GÜNƏ (Günəşə), İŞIĞA inamları BABİL TÜRKLƏRİNİN ŞƏMƏŞƏ inamlarının davamı idi.
3 MİNLLİK MİXİ YAZILI BABİL ŞAİRİ ŞƏMSİ ƏDƏD ABİ YAZIR:
"MƏN TÜRKƏM, KAŞ ATƏŞPURAM ..."
- MƏN TÜRKƏM, KAŞ OD YANDIRANAM!..
Uzaq Sayana da, Baykala da, Orxon - Yeniseyə də, Altay və Uzaq Şimali Sibirin dəniz sahillərinə də, Çin səddinin lap içərilərinə doğru da, eramızın əvvəllərində uzaq NORVEGƏ də GÜNƏŞƏ İNAMI PASSİONAR TÜRK BABİLDƏN aparırdı (Xəritə 1).
***
ORXON - YENİSEYDƏ TENQRİÇİLİK NƏ DEMƏK İDİ?
Tenqrı dedikdə, yandan bizim əcdadlarımız olmuş Orxon-Yenisey türkləri onun bəzi əlamətlərini Orxon-Yenisey daş-yazılı abidələrinə də qazıyıblar.
Onlara münasibətdə niyə, "bizim yandan əcdadlarımız olmuş" ifadəsini işlədirəm? Çünki biz Türkiyə və Azərbaycan türklərinin kökləri tarixöncəki dövrlərdə İkiçay ovalığında süd əmib, Dəclə-Fərat çaylarından su içib. Altaya gedib, sonradan Azərbaycana qayıtmış azlıq bizim sonrakı babalarımız olub.
Bu qədər bəsit.
BİZ ALTAYDAN GƏLMƏMİŞİK !!!
***
Bilirik ki, Uzaq Şərq türkləri Səmaya, Göyə inanırdılar və onu TENQRİ adlandırırdılar. Göy onlar üçün əsil KULT (inam yeri) idi.
Onun barəsində Orxon-Yenisey runi yazılı abidələrində aşağıdakı məlumatlara rast gəlirik:
"Başlanğıcda - yuxarıda GÖY SƏMA, aşağıda TÜN (QARANLIQ) YER var idi.
Onlar arasında insanlığın övladları peyda oldular".
GÖY - TENQRİ (Mavi Səma) - maddi varlıq deyil, o sadəcə adi gözlə görünən göyə-səmaya əks kimi anlanılırdı.
Amma "GÖY RUHU" dedikdə, çinlilər belə onu məhz "GÖY -TENQRİ" kimi anlayırdılar.
Göyə Tenqri deyib, ona İnam bəsləyən qədim Türkütlərdə Səmaya qurbankəsmə adəti mövcud idi. Lap Yunanıstanın sahibləri olmuş tarixöncəki Pelasaqiya türkləri kimi.
Pelasaqiya türkü ona "KURBANLA OVUDAN" (Allahı qurbanla ovutmaq, onu verəcək cəzalarda dilə tutmaq, sakitləşdirmək) deyirdi, Uzaq Sayan Türkü "TIQIR TAİX" (TENQRİNİ OVUTMAQ).
Və Şərqdə də, elə Pelasaqiyada olduğu kimi (şahid Yunan müəllifləri yazırlar), səcdə zamanı bütün qəbilə duaya yığılaraq, qoyun kəsir, kumıs, süd, ayran içir, bişirilmiş ət yeyirdi. Bayrama ətraf aullardan gəlir, lakin qadın və şamanların iştiraklına yasaq qoyulurdu. Bu adət hətta 19-cu əsrin sonlarına qədər Kaçin Türkütlərində qeydə alınıb.
Uzaq Şərqdə KAÇİN TÜRKÜ ilə Yunanıstandan qaçmış Pelasaqdan enmə KARA KAÇAN türkünün adlarındakı "eynilik" də diqqəti cəlb edir.
Müqəddəs dua edilən obyekt GÜNƏŞ idi:
QƏRBDƏ DƏ (KƏNGƏR körfəzində), ŞƏQRQDƏ DƏ (SAYAN, BAYKAL sahilində).
Allaha inam növünün əsasında insanın İŞIĞA səcdəsi dururdu hər iki sahildə.
Günəş - KON (GÜN), Babil ulularımızda ŞƏMƏŞ (GÜN, DAN) adlanırdı və hər iki Qütbdə (Xəritə 1) Türkün şüurunda İŞIĞA səcdə dominantlıq təşkil edirdi.
6 min il öncə Babil astronomumuz ENLİL İSMƏ yazır:
"ISMƏ, ŞÜA YERƏ İMMER A PAN ÜZÜ...
Kİ U MENA PERDEYE ETEM, BİŞÜ CƏMÜ UŞU..."
İsmə, ŞÜA yerin zədəli (pan) üzünə - səthinə çökür (İmmer) haa...
Ki, o məhdud (me`na) pərdəyə (biosferaya-TA), yenə haa, bütün (öhtem) şüurulu varlıq tam bişər...
Sizləri qorxutmaq istəmirəm, lakin ilk Babil türkündə Günəşə İNAM bəlkə bu qorxudan - Babilin kölgədə 50 dərəcəsində-qaynar qumu üstündə yaranan qorxudan və Orxon-Yeniseyə, Uzaq Sayana, Nqansana da transformasiya olunurdu?..
__________________________
Aşağıda - Xəritə 1. TÜRKÜN GÜNƏŞƏ İNAMININ BABİLDƏN UZAQ ŞƏRQƏ, NORVEGİYAYA - QİTƏDƏN QİTƏLƏRƏ MİQRASİYASI
Deyirlər qədim Azəriləri Norveç sahillərinə gətirən İgidin adı ODİN olub. OD və İN - türkcə YUVA. Göründüyü kimi, OD YUVASI adın özündə Günəşə inam gizlənib.
Tariyel Azerturk
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.