Boraltan Körpüsü faciəsi deyilən bir şey yoxdur. Manipulyasiyadır! - Tarix,i alim...
11-01-2024, 17:30
Bir dəfə yazmışam, yenə yazım oxuyun
Boraltan Körpüsü faciəsi deyilən bir şey yoxdur. Manipulyasiyadır!
İğdırda Boraltan adlı yer olmayıb, Borualan olub ki, o da qısaca Boralan deyiblər. O da Türkiyə SSSR yox, Türkiyə -İran sərhəddindədir. İndi bilmirəm, amma həmin dövrdə İğdırda qatar yolu yox idi. Hələ körpünün üstündən özlərini atırdılar falan, bu lap ağ yalandır.
İlk dəfə bu hadisəni ortaya çıxaran da öncə Demokrat partiyası, sonra CHP yə keçib, ardınca da yenidən DP ya qayıdan Şevket Mocan ortaya atıb. Onun iddiasına da cavabı dövrün ədalət naziri R. Nasuhioğlu verib. Uzunca yazmayacam, istəyən tapa bilər.
Üstəlik də, nə bilim sığınanlar ziyalı idilər, uşaq ya da qadınlar idilər kimi iddialar da tamamilə boşdur. İddia olunan insanların sayı dəqiq bilməsəm də, onların vaxtı ilə sovet əsgəri olub, sonradan Türkistan Legionunda sovetlərə qarşı savaşan əsgərlər olublar. İçlərində Azərbaycanlılar da olub.
Mən hələ bunun dövrün incələnməsini yazmıram, verilməsə idilər nələr olacaqdı demirəm ...
Sadəcə əsgərlərin geri qaytarılmasıdır ki, bu da doğru addım idi...
PS İ. İnönünü heç sevmirəm. Amma o demək deyil ki, Menderes və onun davamçılarını sevim...
Pərviz Əkbər
Teref: Xocanın Blogu