20 yanvar,1990-cı il - Ehtiyatda olan hərbi həkimin xatirələri.. q

20-01-2024, 12:58           
20 yanvar,1990-cı il - Ehtiyatda olan hərbi həkimin xatirələri..
Ağdərə rayonu,İmarət-Qərvənd kəndi.
Həmin dəhşətli günü xatırlamaq çox çətindir.
Artıq səhər ala toranlıqda bütün kənd caamatı Kənd soveti idarəsinin yanına toplaşmışdı.Bakıda baş verən hadisələrdən tam xəbərsiz idik.Çünki,bir neçə gün idi ki,kəndə gələn elektrik enerjisi ermənilər tərəfindən kəsilmişdi.Televizor,radiodan məlumat almaq mümkün deyildi.Yalnız bir neçə adamda elementlə işləyən radio var idi.Onların da daşı artıq tükənirdi.Yalnız matəm musiqisi verilirdi.Bir nəfər radioda eşitmişdi ki,Bakıda qırğın olub.Amma tam təfsilatı ilə məlumatı eşidə bilməmişdi.
Saat 10 radələrində Çapar kəndi ilə yaxında yaşayan kənd adamları xəbər gətirdilər ku,ermənilər yemək içmək,kabab çəkib nəyi isə bayram edirlər.
Nəhayət günorta saat 1 radələrində bir helikopter axşamdan Ağdam aepoportunda qalan kənd caamatını gətirdi.
Və baş verən hadisəni ekipaj üzvlərindən eşitdik.Ahu naləmiz ətraf erməni kəndlərindədə eşidilirmiş.Söz bir yerə qoyuldu və kəndin bütün əhalisi silaha sarılmağa and içdi və həqiqətən də andlarına düz çıxdılar. Dedilər ki,yanvarın 22-si bütün ŞƏHİDLƏRİN bir yerdə dəfn olunması haqqında qərar verilib.
Mən ekipaj komandiri rəhmətlik Zakirlə ( Ölümündən sonra Milli Qəhrəman) danışdım və sənədlərimin hamısını götürüb və kənd sovetindən dərman almaq üçün 19 yanvar tarixinə qaimə də yazdlrıb onlarla Yevlaxa uçdum.Məni özləri ilə Zabrata apara bilmədilər.Çünki artıq Bakıda fövqaladə vəziyyət elan edildiyindən insanları daşımağı qadağan etmişdilər.
Mən Yevlax ərazisində helikopterdən düşüb çox çətinliklərlə yanvarın 21-də saat 14 radələrində Ələtə çata bildum və orada məni yeni qurulmuş postda saxladılar.Bürda sənədlərimi yoxladılar və mən həkim olduğumu,Ağdərədə işlədiyimi,dərman gətirmək üçün getdiyimi söylədim.Əvvəl buraxmaq istəmədilər və mən israr etdim.Dedim ya məni öldürməlisiniz,ya da buraxmalısınız.Bir kazax millətindən olan zabitin köməyi ilə məni Bakıya buraxdılar.
Ailəm Baklda idi.Mın 15 yanvar mitinqlərində iştirak etmək üçün 3 günlük yanvarın 14-də Bakıya gələndə ailəmi də gətirmişdin ki,qayıdanda bir yerdə qayıdarıq.Amma 15-də rus imperyasının hazlrladığı erməni qırğını planımı dəyiçdi və mən yanvarın 16-da tək kəndə qayıtdım.Ona görə ailəm Bakıda idi.Qardaşlarım və qaynım da bizdə idi.Onlar da həmin axşam səhərə kimi Prezident aparatının qarşısında mitinqdə olmuşdular.
Mən yanvar ayının 22-də ŞƏHİDLƏRİMİZİN dəfnində oldum.Bir birini tanımayan insanlar bir birlərinə sarılıb ağlayırdılar.İnsanların ahu naləsi ərşə qalxmışdır.
Minlərlə insanların bayıldığının şahidi oldum.Təcili yardım tibbi köməyi çatdıra bilmirdi.Mən operativ olaraq tibbi yardımı bacaranları topladım və yaxınlıqda olan bütün apteklərdən Naşatlr spirtlərinin hamlsını aldırdım.Və gün ərzində minlərlə bayılmış insanları ayıltdıq.Əsl dəhşət idi.Yüz minlərlə insan dəfndə iştirak edirdi.İnsanların sıxlıqı,hadisələrin dəhşəti,adamların emosional vəzİyyəti bayılmaların sayını artırırdı.Yəni,o zaman dəfndə iştirak edən və sağ olan insanlar bunu yaxşı xatırlaylrlar.Onu da qeyd edim ki,dərmanların tez əldə olunmaslnda Nurəddin Xocanın böyük əməyi oldu.
Mən xalqının 22 yanvar 1990-cı ildəki birliyini istəyirəm.((((
Bütün ŞƏHİSLƏRİMİZİN ruhu qarşısında baş əyirəm.
Bu faciədə əli olanların və birliyimizi pozanların hamısını
L Ə N Ə T L Ə Y R Ə M.
Habil Shirinov
ehtiyatda olan p/leytenant












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.