QÜSURSUZ KOPYALAMA

21-01-2024, 11:04           
QÜSURSUZ KOPYALAMA
Axmaqlar özlərindən başqa hamının axmaq olduğunu düşünürlər…
–Akutagava
Gənc bir qadın, 33 yaşı var.
Yaşına rəğmən məşhur yazar.
Rie Kudan "The Tokyo Tower of Sympathy" romanına görə Yaponiyanın nüfuzlu Akutagava mükafatına layiq görülüb.
Romanı yazarkən Süni İntellektdən istifadə etdiyini etiraf edib.
Kudan kitabın 5%-nin ChatGPTçatbotundan sözbəsöz kopyaladığını boynuna alıb…
Roman cinayətkarlar üçün reabilitasiya mərkəzi inşa edən memar Sara Makina və onun tərcümeyi-halını yazan gənc yazar Takuto haqqındadır. Hadisələr futuristik Tokioda, Süni İntellektlə əhatə edilmiş ortamda keçir. Baş qəhrəmanı həyatın müxtəlif sahələrində neyron şəbəkələr və çatbotların geniş istifadəsindən narazıdır.
Münsiflər heyəti Rie Kudanın əsərinin qüsursuz və mükəmməl olduğunu bildiriblər.
Təəccüblü deyilmi?
ChatGPT-dən kitabın 5%-də istifadə edilib.
Ancaq proses davam edəcək axı…10%, 20%, 60% və bir də gördün kitablar yüzdə yüz Süni İntellekt tərəfindən yazılır.
Əgər 5% ChatCPT ilə “qüsursuz və mükəmməl” əsər yaranıbsa gerisini artıq siz düşünün…
Üç-dörd ilə ədəbiyyat hara gedib çıxacaq, görə bilirsizmi?...
Deyəcəksiniz ki, nə ədəbiyyatı, Dünya hara gedəcək?
İbrahim Nəbioğlu
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.