ETRUSK QIZIL KİTABI
22-01-2024, 07:34
Kitab, üstündə, su pərisi, arfa, atlı və əsgərlərin təsvirləri olan 24 KARAT qızıldan olub, bir yerdə cildlənmiş altı vərəqdən ibarətdir.
U eramızdan əvvəl 600-cü ilə aiddir. Yaşı iki min altı yüz il olan kiçik əlyazma, 60 il əvvəl, Bolqarıstanın cənub-qərbində Strouma çayı boyunca kanal qazarkən bir məzardan aşkar edilmişdir.
Anonimlik şərti ilə (adının açılmasını istəməyən), onu tapan şəxs onu muzeyə bağışlayıb.
Hesabatlarda üzə çıxarılan naməlum donorun hazırda 87 yaşı olduğu və Makedoniyada yaşadığı bildirilir.
Qızıl kitabın mətni 4 sətirdən ibarət olub soldan sağa oxunur.
Bizim oxunuşda :
1. İNGUİUF : LİOENED
2. ENALEİM : ENİGGEM
3. İO ANETAİKSENEİ
4. EOİEF : LAİKLAF
Bizim Modelləşdirmədə:
1. İNCÜİF LİON ED
2. ENALEYİM ENİGGƏM
3. YA ANETAYKSENEY
4. OİF LAİK LEF.....
AZƏRBAYCAN TÜRKCƏSİNCƏ :
İNCÜYÜF LİAN ET -–
ENAYİLİK ENİCCƏM ,
YA ANA TAY SENİ
ÖYİF, LAİK LƏF [LAF DE]
AÇMASI :
İNCİYİB LİAN ET - LAN-kobud rəftar - ey sən, rədd ol !
ENALEYİM - şübhəsiz, ENAYİLİK (axmaqlıq, səfehlik) ENİCCƏM (EDİNCƏ), YA ANA TAY SENİ
ÖYİF (ÖYÜB), LAİK LAF (SÖZ, İFADƏ) [DE]
İNİCİYİB, AXMAQLIQ GÖSTƏRİB RƏDD OLUNCA, ONU, (YA ANU) ÖZÜNƏ TAY BİL, ÖYÜB ONA, (YA ANA) LAİQ LAF (SÖZ) DE...
_____________
Altun vərəqələrin özləri də olmasa, şəkilləri məndə var və üstlərində işləyirəm. Altı vərəqin hamısının yazısı aydın oxunandır. Onları qızıl lövhəyə TÜRKCƏ döyülmüş mətnlərin məğzini açandan sonra, tam fikir söyləmək olar.
Ancaq üstlərdindəki şəkillərdən məlum olur ki, ola bilsin, hər vərəq özünəməxsus fərqli mövzudadır.
DEDİYİM KİMİ, ETRUSKLAR, 3000 il bundan qabaq indiki Türkiyədə mövcud olmuş ETE ELİNDƏN İTALİYAYA məcburən miqrasiya etmiş TÜRKLƏRDİR.- ETE TÜRKLƏRİ.
Etdiyim onlarla mətnin tərcüməsi 2500 il bundan öncə yaşamış HERODOTUN dediyi, "Lidiyadan getmiş Tirenlərdir", yəni TURAN TÜRKLƏRDİR faktını tamamilə təsdiq edir.
*********
Onu da qeyd edim ki, Latınlılar öz əlifbalarını ETRUSKLARIN APENNİNƏ gətirdikləri əlifbadan iqtibas ediblər. Bunu təkcə mən demirəm, ədəbiyyat da yazır. Babalarımızın bu ALTUN KİTABA döydüyü sadə hərflər özümüzündür və Latın əlifbasının törədiciləridir.
İndiki ETRUSKLAR BİZİK, bu gün işlətdiyimiz ƏLİFBANI öz halal yazımız saymağa İlahi haqqımız var.
Tariyel Azerturk
TEREF: Xocanın Blogu