Leninin İlk müvəqqəti taxta mavzoleyi, Moskva, 1924 Uşaq ikən bizə onu “Lenin baba”, gəncliyimizdə “Proletariatın atası”, daha sonra da “Kommunizmin banisi” kimi sırımağa çalışırdılar. Yaşadığımız ölkənin hər tərəfində o vardı – Şəhər və qəsəbələr, küçə və prospektlər, kolxoz və sovxozlar, zavod və fabriklər, universitet və institutlar onu adını daşıyır, elm, sənət onu vəsf edir, gecə-gündüz, Yer-Göy ondan ibarət idi. Oktyabr çevrilişini inqilab, “Qırmızı Terroru” “Burjuylarla Mübarizə”, məhv etdiyi milyonlarla insanı isə “xalq düşmənləri” kimi qələmə verirdilər. Qurduğu saxta ideologiya və hər daşı qana bələnmiş ölkə yetmiş il birtəhər ayaqda qaldı. İdeologiyası o dərəcədə saxta idi ki, çat-çat çatladı, məhv olub getdi. Təməli o dərəcədə çürük idi ki, “Lenin Babanı” indiki uşaqlar heç tanımırlar da. Bir cəfəngiyyat ancaq bu qədər tez unudula bilərdi… İbrahim Nəbioğlu TEREF: Xocanın Blogu