Bandladeşli bankir, iqtisadiyyat professoru Məhəmməd Yunisə niyə Nobel mükafatı veriblər?

23-01-2024, 10:08           
Bandladeşli bankir, iqtisadiyyat professoru Məhəmməd Yunisə niyə Nobel mükafatı veriblər?
Nobel mükafatı alan nadir müsəlmanlardan biri də bandladeşli bankir, iqtisadiyyat professoru Məhəmməd Yunisdir.
Bəs bilirsinizmi ona niyə bu mükafatı veriblər?
Çox sadə səbəbə görə. O, 1976-cı ildə ölkə əhalisinin aclıqla imtahana çəkildiyini görüb “Grameen” adlı bir bank qurur. Məqsədi yoxsulluqdan kredit ala bilməyən insanlara ailə müəssisələri yaratmaq üçün kiçik miqdarlı kreditlər vermək və onları bacardıqları işləri görməyə həvəsləndirmək olub. Məsələn, toxuculuq işi bacaran xanımlara və ya stol düzəldə bilən sənətkarlara 100 -1000 dollar arasında kredit verir. Məlumata görə, Banqladeşdə həmin vaxt 6 milyon qadın Grameen Bankdan 6 milyard dollarlıq kredit alır.
Beləcə, Banqladeşdə milyonlarla insan ondan kredit alıb kiçik ailə təsərrüfatlarını qurur və getdikcə təsərrafatlarını inkişaf etdirirlər. Nəticədə Banqladeş İslam dünyasının iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən birinə çevrilir.
Məhəmməd Yunis öz xalqına göstərdiyi həcmcə kiçik, mahiyyətcə böyük xidmətinin qarşılığını alır. 2006-cı ildə ona iqtisadiyyat sahəsində xidmətlərinə və xüsusilə mikrokredit anlayışını kəşf etdiyinə görə Nobel mükafatı verilir.
İndi isə bizim məmləkətdə, xüsusilə də Naxçıvanda bütün avadanlıqları yanan kiçik sahibkara “sənin sığortan yoxdur” deyib kompensasiya ödəmirlər. Halbuki, Grameen Bank Banqladeşi aclıqdan qurtaran kiçik kreditlərinə nəinki sığortası olmayan, hətta əli o vaxtadək iş üzü görməyən kasıblara verirdi.
Bununlamı biz ölkəmizi inkişaf etdirəcəyik?
Heydər Oğuz
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.