40 döyüşçü ilə Çin sarayina hücum edən Kürşad Üsyanı.

24-01-2024, 00:01           
40 döyüşçü ilə Çin sarayina hücum edən Kürşad Üsyanı.
Türklərin Çinın əsarətinə düşməsindən sonra Çin hakimiyyəti türklərə vəzifə verməklə onların azadlıq ideyalarını boğmağa çalışırdı.Lakin Türkler öz azadlıq ideyalarından əl çəkmirdilər.Türklər üzərində Çin ağalığı hökm sürür və türk xalqına zülmlər edilirdi.
Əsarətin 10-cu ilində, yəni 639-cu ildə Kürşad vəziyyətin daha da pisləşdiyini görərək 40 nəfər silahdaşı ilə üsyana qalxmaq barədə qərar qəbul edir. Saray ordusunda xidmət etdiyi üçün imperator Tay-Tsunqun axşamlar paltarını dəyişərək şəhər küçələrində gəzişdiyini bilən Kürşad onu əsir götürərək, sarayda girov saxlanılan qardaşı oğlu Urku Təgini və digər türkləri əsirlikdən azad edərək Ötükənə qayıtmaq, yeni bir dövlət qurmağı planlaşdırıdı. Dövlətin xaqanı Urku Təgin olmalı idi. Əgər 40 nəfərlik dəstənin planı uğurla nəticələnsə, türk soyu əsirlikdən xilas olacaq, plan baş tutmasa da tökülən qanlar geridə qalanlara vəzifələrini xatırladacaqdı. Planda eyni zamanda imperatorun əsir götürülərək Ötükənə aparılması, Çində əsir qalan bütün türk tayfaları ilə dəyişdirilməsi nəzərdə tutulmuşdu.
Amma üsyan gecəsi Çində leysan yağışları yağmağa başladı və imperator sarayı tərk etmədi. Planı təxirə salmağı özünə sığışdırmayan Kürşad 40 nəfər igidlə saraya hücum etməyi və imperatoru sarayda əsir götürməyi qarşısına məqsəd qoydu. Qılıncını çəkən türk igidləri saraya hücum etdilər. Yüzlərlə çinli əsgəri öldürsələr də, hadisə orduya bildirilmişdi və minlərlə əsgər saraya doğru hərəkətə keçdi. Göytürklərin bir çoxu sarayın içində həlak oldu. Sağ qalanlar isə Kürşadın rəhbərliyi altında Vey çayına doğru qaçmağa başladılar. Onların məqsədi çayı keçərək Ötükənə qaçmaq idi. Amma yağan leysan yağışlar çayda daşqına səbəb olmuşdu və dəstənin onları təqib edən Çin ordusu ilə savaşmaqdan başqa çarəsi qalmamışdı.
Minlərlə çinli əsgərin hücumu nəticəsində Kürşad da daxil olmaqla üsyana qalxan bütün türk əsgərləri qəhrəmanlıqla şəhid oldu.
Tomris Xatun
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.