NEKROPOL TURİZMİ

24-01-2024, 15:44           
NEKROPOL TURİZMİ
Nekropol turizmi adlandırılan qəbirstanlıqlara, toplu məzarlara,, görkəmli şəxsiyyətləri ziyarət etməyə olan maraq gedərək artır.
Göttingen Almaniyanın Aşağı Saksoniya əyalətində bir şəhərdir.
Sorsanız ki, şəhərin ən görməli yeri haradır, düşünmədən “Stadtfriedhof” – Şəhər Məzarlığı deyərəm…
Məzarlıqda 9 Nobel mükafatı laureatı yatır:
Otto Vallah (kimya, 1910)
Maks fon Laue (fizika, 1914)
Maks Plank (fizika, 1918)
Valter Nernst (kimya, 1920)
Rihard Zigmondi (kimya, 1925)
Adolf Vindaus (kimya, 1928)
Otto Han (kimya, 1944)
Maks Born (fizika, 1954)
Manfred Eigen (kimya, 1967)
Şəhər məzarlığı kənardan gözəl bir parka bənzəyir.
Ancaq burada qəbristanlıq havası, onun kədər və üzüntüsündən əsər-əlamət yoxdur.
“Stadtfriedhof” Nobel laureatları ilə bərabər həm də bir çox tanınmış alimlər üçün də son mənzildir:
Karl Şvartsşild – alman fiziki və astronomu,
David Hilbert və Karl Lüdviq Zigel – alman riyaziyyatçıları,
Vilhelm Veber – fizik,
Teodor Kaluza – fizik və riyaziyyatçı,
Feliks Klein – riyaziyyatçı.
150 min əhalisi var Göttingenin.
Almaniyada “Bir kiçik şəhər üçün bu qədər dahi çox deyilmi?” deyə düşünmüşdüm.
Yəqin ki, çox deyil.
Çünki dahiləri kiçik və ya böyük şəhərlər deyil, böyük millətlər doğurur…
İbrahim Nəbioglu
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.