"TARİXÖNCƏKİ" ARALIQ DƏNİZİ TÜRKLƏRİ

23-02-2024, 10:46           
"TARİXÖNCƏKİ" ARALIQ DƏNİZİ TÜRKLƏRİ
"TÜRK VƏ ANADOLU TÜRK DİLİ YUNAN VƏ LATIN DİLLƏRİNDƏN QABAQ MÖVCUD İDİ. TÜRKÜN YARATDIĞI SƏRVƏTİ NƏZƏRƏ ALMADAN ARALIQ DƏNİZİ TARİXİNİ ANLAMAQ ÇOX MÜŞGÜL MƏSƏLƏDİR"
N.Y. MARR
"Турки и анатолийский турецкий язык существовали до появления греческого и латыни. Понимание истории Средиземного моря становится сложной задачей, если не принять во внимание вклад турок".
Н.Ю. Марр.
"The Turks and Anatolian Turkic existed before the advent of Greek and Latin. Understanding the history of the Mediterranean becomes difficult if the contributions of the Turks are not taken into account."
N.Y. Marr."
***************************
MARRIN UZAQGÖRƏNLİYİNƏ SKEPTİK YANAŞANLAR İÇƏRİSİNDƏ TƏKCƏ TÜRKÜ ƏHATƏ EDƏN XALQLARIN ELM VƏ İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ DEYİL, ELƏ ÖZÜMÜZÜNKÜLƏRİN DƏ ÇOX OLDUĞU ÜÇÜNDÜ Kİ, ARALIQ DƏNİZİNDƏ TARİXÖNCƏSİ TÜRKÜN İZLƏRİNİ AXTARMAQ HEÇ KƏSİN AĞLINA DA GƏLMƏDİ, YADINA BELƏ DÜŞMƏDİ.
ÇOXLARI, ÇOXLARI !!! ÜÇÜN "TARİX ÖNCƏSİ" termini və TÜRK qovuşmaz sinkretizm məfhumlardır.
Tarix öncəsi hara, Türk hara??? (akdemiklər İqrar Aliyev, Z. Bunyatov və başqaları)
Amma biz "Tarix öncəsi" (belə ayrı da yazmaq olar) termininin kimyəvi məfhumunu anlasaq, problem o qədər də yoxuş görünməz.
Avropa elmi ictimaiyyəti üçün "TARİXÖNCƏSİ" epoxa" yunan və latınların Tarix səhnəsində meydana çıxdıqları dövrdən qabaqkı eralardır. OK.
Məlumdur ki, bu xalqlar həmin səhnədən qabaq da mövcud idilər. Amma onlar yaradıcı potensiallarını, Qumilyovun təbirincə desəm, PASSİONARLIQLARINI yeni torpaqlarda, Yeni Günəş altında, yeni rüzgarda, məhz yeni coğrafi mühitdə "ifraz etməyə başladılar".
Balıq kürü tökən kimi...
Və Avropa üçün tarix Aralıq Dənizi Türlkündən sonrakı u dövrlərdən başlayır - haradasa 2500 il bundan qabaq.
Ondan qabaqkı tarix Avropa tarixi dəyil.
(Amma u bizim kimi heç nə anlamaq istəməyənlərindir...).
Deyilənə görə, Latınlar da, Yunanlar da Balkan yarımadasının şimalında, haradasa Rumıniyada doğulmuş xalqlar olublar. Və eradan əvvəl 1000-ci illərdə birincilər Adriatik dənizini keçib
(indi bizim NAP qaz borumuz deşən kimi) şərqdən Apenninə; ikincilər (yunanlar) ~200 il sonra quru yolla cənuba hücum edib, indiki torpaqları orada yaşayan türklərdən qoparıblar.
Apennində 2500 il əvvəl Roma; Elladada yəni qədim Pelasq türklərinin şəhəri olmuş ATENA-AFİNA ətrafında təqribən elə u dövrlərdə qüdrətə minəndən sonra Avropa üçün YENİ TARİX başlayır.
Ondan qabaqkı dövrlər (min illər boyu) Avropanı qəti maraqlandırmır. Elə bizləri də...
Mövzu ona görə gündəmdə olmayıb, deyil. Və biz yazılı materiallar əsasında oraları "türkləşdirəndən" sonra isə tamam olmayacaq.
Ancaq yunanların vaxtilə yayıldıqları Lemnos, Kipr, Krit adalarında aşkar edilən, ancaq yunana məxsus olmayan yazılı daşlar Avropa alimlərinin hisslərini qıcıqlandırmaya bilmir. Sakit deyillər:
"- Axı bu nə deməkdir?!" deyib, hamısı başın tutur. Bu yazıları yunanın olmayan əlifbada və dildə bu daşlara qazıyan bu yerlərin aborigenləri kimlər olub?".
300 ildir baş sındırırlar. Cavab yox. Sadecik əlifbasın deşifrə edirlər, fəqət mətnləri oxuyub anlaya bilmirlər. Və dəli olurlar (??)
BAX BURADA Türk dilini əla bilmiş görkəmli dilçi alim MARRIN hissedici reseptorlarının həssaslığı sayəsində uzaqgörən Nəbiliyi öz sözünü deyir:
"-Türkün tarixə verdiyi töhvəni nəzərə almadan ("ey (b)ərənlər dünyası!") Aralıq dənizinin tarixini anlamaq çox müşgül məsələdir!..".
300 ildir ! Aralıq Dənizi adalarında (Kipr, Krit, yuxarıda Ögey dənizindəki Lemnos) yunandan qabaq qazılmış və Apennində latından qabaqkı yazılar dünya olmasa da, hər halda Avropa dəqiq elmi ictimaiyyətinin müşgülünə çevrilib.
Heç kim u yazılara açarı Türkdə axtarmır. Marrı saya salan da yoxdur. Heç bizim (b)ərənlərdən də... Niyə o elə deyib, düşünən də yoxdur. Yazıların sirrlərini anlamaq üçün özlərini öldürənə qədər yunan və latın açarlarından istifadə edir avropa gədələri, fəqət qapılar (Türkün qapıları) nə Aralıq dənizində, nə Turan dənizi sahillərində (Etrusk Etruriyasında) açılmır ki, açılmır.
Çoxu gileylənir:
"- Ey bu cür sivil dünya yaratmış Etrusk, kaş səni sənin dilində başa düşəyidm... Kaş bileydim hansı izole olmayan dildir sənin bu şirin dilin!..".
**********
Qalanını sonra.
_____________________________
Aşağıdakı xəritədə yunan və latınlardan qabaq Aralıq və Tirren (Turan) dənzində mövcud olmuş TÜRK varlıqları.
Hamısının da yazılı qəbaləsi mövcuddur. Burada və Xəritədə heç nə Türkə sonsuz sevgimin məhsulu deyil, ey məni "fantaziya yaradan" adlandıran paxıl mürülər...
Aralıq dənizinin tarixöncəki Türkləri aşağıdakılardır:
1. Pelasaqia I,
2. Pelasaqia II,
3. Kara,
4. Ete Eli,
5, Eteokipr,
6. Eteokrit,
7. Etrusk və Turan dənizi.
Və yunanların espansiyasından pərən-pərən düşmüş türklərin qərbə və şərqə miqrasiyası (qırıq xəttlərlə) xəritəsi.
(Xəritə də, ideya da mənimdir - @ -copyright).

Tariyel Azerturk












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.