Məşhur yazıçının həyatındakı QADINLAR - Dunyaşa, Tolstoyun bacısı...
8-03-2024, 17:24
Dahi rus yazışısı Turgenevin şəxsi həyatı həmişə çətin olub. Yazıçı dəfələrlə aşiq olub, lakin heç vaxt ailəsi olmayıb. İvan Turgenevin həyatındakı qadınlar kimlər idi və niyə sevgi ona tez-tez məyusluq gətirirdi? Lent.az bu barədə məlumat verir:
Şairə
Turgenev 15 yaşında knyaginya Şaxovskayanın qızı, 19 yaşlı şairə Yekaterinaya aşiq olur. "İlk sevgi" hekayəsinin baş qəhrəmanının prototipinə çevrilən o idi.
Ancaq İvanın atası da eyni qıza aşiq idi! Turgenev bunu biləndə dərin stress keçirmişdi.
Dünyaşa
Turgenevin 23 yaşı olanda kəndli qadın Dunyaşa ilə münasibət qurdu. Yazıçı hətta evlənməyi də düşünürdü, lakin Turgenevin anası Varvara Petrovna belə qeyri-bərabər evliliyin qəti əleyhinə idi. O, Dunyaşanı 1842-ci ildə Moskvaya göndərdi, orda Turgenevin peleqeya adlı qızı doğuldu. Dunyaşa tezliklə evləndi və yazıçı qızını yalnız 15 ildən sonra görüb qəbul edə bildi.
Tolstoyun bacısı
Dunyaşa ilə hekayədən bir neçə il sonra Turgenev Lev Tolstoyun bacısı Mariya ilə münasibət qurmağa başladı. O vaxt qadın ailəli idi və üç övladı var idi.
Turgenev Mariyaya qarşı ciddi olmasa da, qadın ərini ona görə tərk etdi.
Turgenev Mariya ilə evlənmədi. Xaricdən məktub göndərdi və yalnız dost olacaqlarını dedi. Mariya Tolstaya rahibə kimi monastrda yaşamlı oldu.
Xarici müğənni
Turgenevin həyatındakı ən güclü "romantika" onun müğənni Polina Viardot ilə qarşılıqsız münasibəti olduğuna inanılır. İspan və fransız köklü gözəl yazıçını Sankt-Peterburqda səhnəyə çıxanda valeh edib. Turgenevin 25, Polinanın isə 22 yaşı var idi.
Sadəcə bir problem var idi: Viardot evli idi və rus yazıçısının hisslərinə cavab vermədi. Turgenev ailənin dostu oldu, onlarla birlikdə Avropanı gəzdi və bu vəziyyəti heç kim anlamırdı. Yeri gəlmişkən, yazıçının hökmdar anası yenidən buraya müdaxilə etdi. O, Turgenevin Viardota səfərlərinin əleyhinə idi və onu üç il puldan məhrum etdi.
Yeri gəlmişkən, Viardot öz övladları olsa da, Turgenevin qeyri-qanuni qızı Pelageyanı qəbul etdi və böyütdü.
Son sevgi
1879-cu ildə Turgenev aktrisa Mariya Savina ilə tanış oldu. Onun 25, yazıçının 60 yaşı var idi. Savina Turgenevin pyesi əsasında hazırlanmış tamaşada rol oynayır və o qızı səhnədə görəndə aşiq olur.
O, buketlə səhnə arxasına gələrək sevgisini etiraf edib. Lakin Mariya Savina Turgenevin hisslərinə cavab vermədi. O, yalnız dost ola bilərdi.
Yazıçı və aktrisa Turgenev vəfat edənə qədər 4 il yazışmışdılar. Turgenev bütün mirasını bu müğənniyə vəsiyyət etdi. Öz qızı isə yenə kimsəzi və heç nəsiz qaldı.
Milli.Az