"ŞUMER" DƏ (BABİL), ETRUSK DA (İTALİYA) TÜRKCƏ DANIŞIRDILAR.
9-03-2024, 13:16
I. "ŞUMER" DİLİ
ŞUMER GİL LÖVHƏSİNİ TÜRKCƏ DİNDİRƏNDƏ, LÖHVƏDƏKİ YAZININ (SOLDAKI ŞƏKİLİN SOLUNDA) YUXUYOZMADAN SÖHBƏT GEDİR.
Lövhədəki hecalar:
Ma-a-na-na, kush (ISH), dumu za-ku-um, ir nin-si-an-na
Bizim modelləşdirmədə mətn aşağıdakı mənanı verir:
MAANANA QUŞ UŞDUMU, ZƏKKUM, İRNİNSİ ANNA.
Lüğət: Mana – məna, anlam, anlayış ilə yanaşı, həm də yuxu, yuxugörmə`dir. Mətndə yönlük hal formasında işlədilir, yəni Yuxuna; quş – elə quş`dur; ushdumu – uçdumu? felinin sual formasıdır; zakuum – heç şübhəsiz ərəbinki saydığımız zəqqum`dur, acı, zəhər, zəhər acısı, ödünən qusulan acılı sərfa; irninsi – mütləq yerinc`dir - peşimançılıq, təəssüf deməkdir. Anadolu Türkiyə lüğətində yaşayır. Bizdə yoxdur.
Yazı azərbaycanca belə "yozulur":
Maanana (yuxuna) quş uşdumu, zəqqum və yerinc
(təəssüf, peşimançılıq) [kimi] anna (qəbul et, yoz).
II. ETRUSK DİLİ
Sağdakı şəkil Etrusk güzgüsünün arxasına çəkilmiş eskizdir. Eskizin sağındakı gənc ana sinəsinə sarıdığı uşağını, deyək ki, anası ilə (anun solunda-oturub) Baxıcıya göstərməyə gətiriblər. Uşaq qorxub, xof, təlaş keçirir. Və ana Baxıcıya nağıl edir ki, uşaq "QUONN"AN qorxub.
Güzgüdəki sözlər bunlardır:
QUONN VUİN EDİNGA, GA ELAXİE AND DE... Yəni:
QUANIN (və ya QOVANIN) VAYIN EDİNCƏ (ONA VAY OXUYUNCA), GƏL, ELAHİYƏ AND DE (DUA ET).
Şəkildən göründüyü təki, başı adam başı, bədəni heyvan bədəni və çiyinləri səmtində iri qanadları olan "QUAN" kiminsə üstünə gedir, sanki ardınca üfürdüyü ağır nəfəsi və qəzəbli gözləri ilə - qabaqda, Baxıcının başı səmtində ayaqqabılı iki ayaq təzərəklənib. Qaçmada.
Rəhmətlik rəssam QOANN`ın nə olduğunu gələcəyə - bizə ötürmək üçün onun şəklini çəkib. Şübhəsiz, adam və heyvanın sintezindən yaranmış qorxunc fiqur bundan qabaq uşağın gözünə görünüb. Və o qorxub. İndi valideynləri onu ilac üçün Baxıcıya gətirblər. Sonuncunun cavabı çox maraqlıdır. A dua yazmır. Qorxunu da uşağın canından çıxarmaq üçün bizim mollaların duasını yazıb, döşündən asdırmır. Ancaq a da anaya məsləhət görür ki, sən QUANIN dalınca vuy (vay, qarğış) töküncə, yaxşısı budur, uşağının sağalması üçün ELAHİYƏ AND DE, yəni dualar de.
Burada ən maraqlı kəlmə ELAHİ - İLAHİ kəlməsidir. Babil "Şumer" Türkü də, Apennin (İtaliya) Türkü də Allaha İLAHİ deyirdi. Şumer yazılarının birində oxuyuruq:
"LAİLLAH! GÜNİM ULU CÜHƏR QAPANI"!..
Göründüyü kimi, Səudi Ərəbistanında qumdan göyərmiş ərəbdən min km aralı olan Babildə də, Turanda da, İtaliyada da İLAHİ, İLLAH, ELAHİ, RƏBB kəlmələri Allahın Türkcə epitetləri idilər.
____________________________________
Soldakı şəkil yuxuyozmadır. Lövhəni qabartmaq üçün mən onu qəsdən başıaşağı verdim (altdakı şəkil). Gördüyünüz qədər üstdəki lövhədə - originalda) fiqurlar batıq alınır. 90 dərəcə verikal çevirəndə o qabarır.
Sağdakı şəkildə - Etrusklu Ana və Nənə QAUNDAN qorxmuş oğul balalarını Baxıcıya göstərirlər.
Tariyel Azerturk