Yad əl sindromu

9-03-2024, 17:26           
Yad əl sindromu
Yad əl sindromu – “Alien” sindromu da adlandırılan bu xəstəlik əllərdən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə özünü göstərir.
Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir.
Sindromun yaranma səbəbi nədir?
İnsanda və onurğalı heyvanlarda vestibülyar aparat deyilən bir nəsnə var. Vəzifəsi başın və bədənin fəzada vəziyyətinin dəyişməsini, habelə bədənin hərəkət və istiqamətini qavramaqdır. Vestibülyar aparat pozulanda hərəkətlərdə koordinasiya pozulur, bədən müvazinətini itirir və s. Sanki vestibülyar aparatımız pozulub. Əl oğurlayır, dil vətəndən danışır… Qulaq bir şey eşidir, göz başqa şey görür. Bizi depressiyaya sürükləyən də bunlardır, bəlkə…
Bu sindroma nə vaxt rast gəlinib? İlk dəfə ötən əsrin əvvəllərində Almaniyada qeydə alınıb. Bir qadının sol əli özünün boğazından tutub boğurmuş. Qadının boğazını sol əlindən güclə alıb xilas ediblər. Tibdə buna “yad əl sindromu” adı verilib…
…Sanki bir yad əl bizi boğur. Kənardan bizə düşmən lazım deyil. Bizi özümüzlə baş-başa qoymaq kifayətdir.
https://hekimtap.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.