Gəzən cəsəd - Kotard sindromu
10-03-2024, 15:34
Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər. Bəzən xəstəlik o həddə çatır ki, xəstə öldüyünü özünə və ətrafdakılara sübut etmək üçün intihara əl atır.
Nevropsixiatrik pozğunluq olan "Gəzən cəsəd sindromu" Amerika Psixiatriya Birliyinin Ruhi Pozğunluqlar siyahısına düşüb.Bu, bir depressiya və intihar meyilləri olan sindromdur. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Ehtiraslarını, bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünə və cəsəd kimi iyləndiyinə inanar. Xəstəliyin sonrakı mərhələsində xəstə insanı yuxudan məhrum edən kokain ağrısı yaranır. Xəstə ölü olmaq və ölü olmamaq fikirləri arasında əzab çəkməyə başlayır.
Mütəxəssis hesab edir ki, ruhi sarsıntılar, ruhi xəstəliklər keçirən insanların beyni zədələnmiş hesab edilir. Uzun müddət sonra xəstəlik bu və ya başqa formalarda yenidən ortaya çıxa bilir.Xəstələr "beynim çürüdü, bütün daxili orqanlarım çürümüş vəziyyətdədir, əslində mən yaşamıram, bu ailə mənim ailəm deyil" kimi fikirlərlə yaşayırlar. İştahası pozulan xəstə hər şeydən imtina etməyə başlayır. Çəkisi azalır və halsızlaşır". Bu günə kimi xəstəliyin yaranma səbəbləri tibb aləmində aşkar edilməyib. Sonuncu dəfə xəstəlik çox qəribə də olsa, Türkiyədə 7 yaşlı uşaqda müşahidə edilib. Valideynləri uşağın şikayətlərini həkimlə müzakirə etdikdən sonra həkimlər 7 yaşlı qıza Kotard sindromu diaqnozu qoyublar. Belə ki, qız bədəninin çürüdüyünü, bədənində qurdların gəzdiyini, ondan cəsəd qoxusu gəldiyini iddia edir, valideynlərini tanımadığı, əslində yeraltı dünyaya aid oduğunu deyirmiş. Xəstəlik başlayan kimi yeməkdən imtina edən qız 7 gün içində 5 kq itirib.
Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin müalicəsi çətin və çox uzun müddət müşahidə altında tutulması lazım olan bir hadisədir. İnsanlar bu həyatdan qopduğunu, yəni öldüyünü düşünüb ətrafındakı insanları buna inandırmaq üçün səy sərf edərlər. "Gəzən cəsəd sindromu" xəstələrinə dərman və beyinə elektrik şokuyla müalicə tətbiq olunur. Xəstəlik hələ yeni olduğu üçün dəqiqləşmiş bir müalicə üsulu yoxdur.Kotard sindromunun elmdə izahı və yaranma səbəbləri müəyyən edilmədiyi üçün xəstəlik nadir xəstəliklər siyahısına daxil edilib.
Dünyada hər 100 min nəfərdən 1-də rast gəlinən xəstəlik tam sağalmadığı və çox zaman vaxtında müəyyən edilib müalicəsinə başlanmadığı üçün intiharla, ölümlə nəticələnir. Xəstələr xəstə olduqlarını qəbul etmədikləri üçün həkimə müraciət etməkdən də imtina edirlər. "Mən ölüyəm, məni niyə basdırmırsınız", "Bədənimi artıq qurdlar yeməyə başlayıb", "Bax, dərim necə çürüyür, qoxuyur" deyən xəstələr Kotard sindromundan əziyyət çəkənlərdir. Bu xəstələr ən çox gecələr əziyyət çəkirlər. Belə ki, gecə qorxuları, titrəmələr, əsəb, çürümə və ölüm hissləri ən çox onları gecələr narahat edir. "Bu xəstələr elə çox zaman gecələr intihar edirlər"
Müəllif: Aytəkin Vəliyeva
/psixoloq.az/