Uşaqlarda sıx görülən davranış problemləri
10-03-2024, 12:38
"Uşaqlarda ən sıx görülən davranış problemləri "
1)Uşaqlarda dırnaq yemə , dodaq dişləmək, dəri və yaxud saç yolma kimi problemli davranışlar görülə bilər. Bunlardan ən çox rast gəlinən dırnaq yemə davranışıdır. Bu davranışdan nəinki uşaqlar, yeniyetmə və yetişkinlər də əziyyət çəkir.
Dırnaq yemə bəzi uşaqlarda gərginliyin ifadəsi ola bilər. Əsasən stress yaradan situasiyalarda ortaya çıxır. Məsələn, sakit halda televizor izləyən uşaq qorxulu səhnə gördüyündə və yaxud ailənin uşaqdakı dərs uğursuzluqları barədə danışmağa başlaması ilə dırnağını yeməyə başlayarlar. Davranışı edə bilməyəndə sıxıntı, hüzursuzluq və əndişə duyar.
Dırnaq yemə əksərən uşaqlıq dönəmində başlayır, yeniyetməlik dönəminə artır. Lakin yaş artdıqca azalması gözlənilir. Fəqət hər yaş artan şəxsdə dırnaq yemə azaldığı görülmür , bəzən daha da şiddətlənə bilər.
Uşağın dırnağını yeməsi ana və atanı olduqca narahat edir. Bu durumu uşağı tənqid edərək , danlayaraq, qəzəblənərək və cəzalandıraraq düzəldəcəklərini düşünürlər. Lakin uşaq bütün bu əngəllərə rəğmən dırnaq yemə davranışını davam etdirir.
Şəxsin ailəsi dırnaq yeməyi əngəlləmək və qarşısını almaq üçün bir neçə tədbir görür. Bunlara aiddir; dırnağa lak vurmaq, acı bibər sürtmək, əlcək geyindirmək və s. Lakin unutmamaq lazımdır ki, bu əngəllər geri qalxan kimi yemə alışqanlığı da geri dönür. Dırnaq yemə vərdiş halıdır. Şəxs etməməsi gərəkdiyini bildiyi, hətta canını incitdiyi halda bu davranışı tərgitməkdə çətinlik çəkir. Hətta ən pik nöqtədə uşağın əli yara içində qalır. Bu vəziyyətdə uşağın dərisində infeksiya və xəstəliklərin yaranma riski çox yüksəkdir . Təbii ki, bu durum uşağın sosial həyatına təsirsiz ötüşmür. Uşaq dostları, sosial çevrəsi tərəfindən təklənir, oyunlara qəbul edilmir və ələ salınır.
Dırnaq yemənin müalicəsində ilk və ən vacib addım , uşaqda bu duruma səbəb ola biləcək gərginliyi aradan qaldırmaqdır. Hər növ cəzanın verilməsi, uşağa davamlı sərt reaksiyanın verilməsi problemi çözmək əvəzinə daha da qabardır.
2) Barmaq əmmək- Həyatın ilk illərində görülən davranışdır. Uşaq əmzik əmdiyində əldə etdiyi doyumu yaş artdıqca barmaq əmməklə təmin etməyə çalışır. Bu davranış , uşağın narahatlıq və gərginliklərini azaltma çabası olaraq da görülə bilir.
Ana südündən tez kəsilən, əmzik istifadə etməmiş və yaxud çətinliklə əmzikdən ayrılan uşaqlarda daha çox rast gəlinən durumdur. Valideynlər bu davranışı əngəlləmək üçün bir neçə yola əl atır. Məsələn; uşağın əlini bağlamaq, ələ acı bibər sürtmək , əlinə xətkeşlə vurmaq və s . Lakin bu tipli cəzalandırıcı davranışlar problemi azaltmaq əvəzinə daha da artırır. 3-4 yaşlarda uşaqlardakı barmaq əmmə davranışının öz-özünə yox olub getməsi gözlənilir. Əgər davam edərsə , uşaq psixiatrından dəstək alınmalıdır.
3) Saç yolma- Önəmli dərəcədə saç itkisi ilə nəticələnəcək dərəcədə , şəxsin təkrarlayan formada öz saçını yolmasına " Trikotilomaniya " deyilir. Uşaqların ən çox tük yolduğu bölgələr: ən çox saç , qaş və kirpik. Saç yolma davranışının sonunda bir rahatlama, həzz alma və zövq , doyum hissi yaşanır.
Müalicəsi zamanı dərmanlar və psixoterapiyadan istifadə edilir.
Psixoloq Aysu Əliyeva
/psixoloq.az/