"ETRUSKLAR TÜRK İDİLƏR"

12-03-2024, 08:04           
"ETRUSKLAR TÜRK İDİLƏR"
YENİ-YENİ TƏRCÜMƏLƏR BU FİKRİMİZİ HƏQİQƏT ÜSTÜNDƏ SEMENTLƏYİR.
Artq dəfələrlə dediyimiz kimi, Etrusklar təqribən üç min il bundan qabaq indiki Osmaniyye ilçesinə (Qəhrəman Maraşa) qədər Adana-İsgenderun (Türkiyə) və Bayırbucaq (Hələbə qədər, bəlkə hələ Hələb də daxil olmaqla -Suriya) ərazilərində mövcud olmuş ETE ELİ ölkəsindən qərbə - Kipr, Krit adalarına və Apenninə və həmçinin şərqə - Qərbi-, Şərqi- və Cənubi Azərbaycana, Orta Asiya, Türküstan və Sibirə miqrasiya etmiş türklər olublar.
Artıq İtaliyada kəsilmiş Etrusk sikkələri (bürünc pullar) dediklərimizin tam sübutudur.
Soldakı bürünc sikkədə (aşağıya bax) Etrusk dilində basmaqəlib üsulla səthə
"ETİE AQRI BAPPA" sözləri, sağdakında,
"İTALİA" termini həkk edilib; .
Sol metal puldakı mərkəzi kişi fiquru sol qolunda Bolluq Buyunuzu (Рога Изобилия; Plenty Horn) adlandırılan kəl buynuzu tutub.
Və şəkildən göründüyü kimi, ona göydən hər cür nemətlər yağmadadır.
ETİE AĞRI BAPPA - güman ki, ETİYƏ AĞRI YAPPA - o zaman təzə yerdə xalqın ümid bəslədiyi ELAXİYƏ (İLAHİYƏ) müraciətdir. Hələlik anlaşılmayan söz BAPPA-dır. Mən onu YAPPA -YAPMA kimi verirəm. Və həqiqətən də bu cümləni başqa cürə anlamaq çətindir. Ancaq BAPPA-nı axtarmaq lazımdır.
Hər nədisə, bu dilək, yunanların təzyiqi altında "dünən" tərk etdikləri vətənlərinin eşqinə Apennində ETİ ELİ adlandırdıqları yeni vətənlərinə ELAXİDƏN əmin-amanlıq, bolluq və firavanlıq diləyidir.
***
Ete eli Türkünün bu cür müraciəti mənə Babil Türkünün 6 min il öncə (3.5 min il Italiyadan qabaq) Babildə tikdiyi "Ziqqurat" deyilən "Allah Melçesi" (Allah Evi) adlandırdığı azman məbədinin divarından tapılmış türkcə yazılı daş kapsulda Məbədə müraciətlə dediyi ilahi arzunu xatırlatdı. Babildəki daş silindirdə deyilir:
"LABA RİİŞ VURMA,
ELİ TƏMƏNNA BİRİ.
KİMƏ LA BÜRÜYİMMƏ,
İNƏ KÜÜPRİYİ U AĞURRİ!.."
[Ey Müqəddəs Məbəd]:
Laba (şənliyə) riiş (yara) vurma,
Eli təmənna[yla] (qayğıyla) bürü.
Kimi la (kədər) bürüyübsə,
Yenə kipriyi[nlə] [çək] u ağruyi !..
İlahiyə müraciətlərin ayrı-ayrı məkan qütblərində (Babilan, Italiya) bu cür üst-üstə düşməsi də söhbətin vahid etnotərkibli xalqdan getdiyinə dəlalət edir. Və həm Məbəddəki, həm sikkədəki yazıların dili bu ikiqütblü xalqın Türk olduğunu şəksiz sübut edir.
***
Az sonra Etrusk türkcəsincə zərb edilmiş yeni gümüş pulda biz, artıq, Türkün ETE ELİ terminindən yaranmış İTALİ/A adına rast gəlirik. Bu, yəqin ki, artıq Romanın gücləndiyi və latınların Tiber çayının sağ (şimal) sahillərinə nüfuz edərək etrusklarla qaynayıb-qarşıqdılqarı və azacıq sonra sonuncuların latınların təsiri altına düşdükləri dövrdlərdir.
Əfsus ki, u dövrlər bizim üçün artıq türkün yarımadada qırğına, miqrasiyaya, sonrakı əzrlərdə assimilyasiyaya məruz qaldığı acı dövrlərdir.

Tariyel Azerturk












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.