ETRUSK TÜRK GƏNCİ QORXMADAN ASLANIN ÜSTÜNƏ GEDİRDİ

13-03-2024, 16:24           
ETRUSK TÜRK GƏNCİ QORXMADAN ASLANIN ÜSTÜNƏ GEDİRDİ
Aşağıdakı birinci şəkil bu kəlmələrlə müşaiyət olunur:
HED G[E]LE GİLEÇE
Şübhə yoxdur ki, qorxmaz gənc (Dədə Qorqudda kəli yıxan Beyrek təki) şirə meydan oxuyur. Deyir:
"HƏDD GƏLƏ, GÜLƏŞƏ".
Yəni, KAŞ HƏDDİ GƏLƏ (GÜCÜ ÇATA), GÜLƏŞƏ.
Di qoy həddi varsa, güləşsin (vuruşsun) mənimlə.
Əlində toppuz, qalın dəyənək tutmuş igid boynunu uzadanda nehrəni yıxmış (görünür şir evə soxulur) şirin üstünə yeriməyə hazırdır. Lakin aslan uzun dilin çıxarıb dalı-dalı verir...
*****
Yadınıza gəlirsə, bir dəfə "Şumerin" deyilən yazılı lövhədə bir zadəğan oğlunun şirlə ceyran ovuna çıxdığı səhnəsini təqdim etmişdim (2-ci şəkil). Hələ 4 min il bundan əvvəl də Türk gənclərinin şiri belə özlərinə ram etdiklərinin şahidi tablo kimi.
*****
Ikinci şəkildən göründüyü qədər, sağdakı igidin şiri ceyran ovlayıb.
O yerdə yaralıdır. Bu dəhgədə, deyək dərə qırağında şiri və ovu ilə məşğul olan cəngavər bir səs eşidir:
"- ŞİRƏƏ İP HÖR (ŞİRİİ İPİN ÇƏK), ABİ, İNANA (İMANA-İNSAFA) GƏL!.."
İgid ovdan ayrılıb başını qaldıranda görür ki, səs aşağıdan gəlir.
Danışan öz iribuynuzlu kəli üstündə yol gələn digər igiddir. Sərbəst gəzən şir görən təki onun kəli üstünə atılmağa hazırlaşır. Sağ güclü pəncəsi göydədir artıq. Kəli vurmaq istəyir. Boynunda noxtası, zənciri, ipi olmayan şir kəli görcək gözləri ətə susayıb. Bir andaca atılıb boğazlaya bilər onu. Amma kəl də şirdən qorxan "oğul" deyil ha... O da əli və iri qövsvari və iti buynuzu ilə aslanı vurmağa hazırdır. Aslanı bir neçə metrə atacaq buynuzları və sağ pəncəni dəf edəcək sağ əli artıq havadadır.
Şir sahibi səsi eşidən tək sol əlin atıb şirin quyruğundan yapışır və geri dartır.
*****
Hər nədirsə, ŞİRİ fars sözü sayanlara yaxşı mənbədir dörd min illik bu lövhə. Əfsus ki, məhz ŞİRƏ sözündəki "R" səsi yazıda "T" kimi deşifrə edilib, "ŞİTƏ" yazılıb. Ancaq u boyda şirin fonunda söhbətin ŞİRDƏN getdiyinə şübhə yoxdur.
*************
Türk öz ovunda daim ŞAZUDAN (mixi sözüdür - QARTALDAN), ŞAHİN, ŞONQAR, LAÇIN, TÜLƏK, QACİR, BARS, ALABƏZƏK PƏLƏNG və ŞİRDƏN ovçu kimi istifadə edib.
3-cü şəkil buna misaldır: XX əsrə qədər Qazax bayları, zadəganları ovda öyrədilmiş alabəzək pələng işlədiblər. Şəkildəki kimi çox vaxt hətta ikisi ilə də ova çıxarmışlar.
Həm də İpək yolu ilə onu Avropaya ixrac edərmişlər. Ancaq onlar pələngin ortasına halqa, boynuna xalta salaraq onu uzun iplə öz cənglərində saxlayırmışlar.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.