Veteranların səfil, sərgərdan həyatı... - Tənhalıq, məhəbbət və ölüm

13-03-2024, 16:44           
Veteranların səfil, sərgərdan həyatı... -
Hər yaş dövrünün öz kitabı, öz əsəri var. Bəzən elə olur ki, 20 yaşımız­da bizə şedevr təsiri bağışlayan roman illər keçdikcə gözümüzdə adi bir əsərə çevrilir, yaxud vaxtilə oxuyub başa düşmədiyimiz, düşüncə tərzi bizə darıxdı­rıcı görünən hansısa yazıçı müəyyən dövrdən sonra kumirimizə çevrilir.

Necə etməli, dünya ədəbiyyatının klassiklərini, müasir yazıçıları nə vaxtdan oxu­mağa başlamalıyıq?

TEREF kulis.az-a istinadla müxtəlif sorğu və tədqiqatlar əsasında ərsəyə gələn 30 yaşa qədər oxunmalı kitabların siyahısını təqdim edir.

1. Aleksandr Qrin: "Ağ yelkənlər". Bu əsərdə müəllif iddia edir ki, özünə inanan hər kəs arzularına, məqsədi­nə çata, hətta möcüzələr ya­rada bilər.

2. Entoni Bercess: "Süni portağal". İnsanın formalaş­masından bəhs edən ən məşhur ro­manlardandır. Bu kitabın şüarı belədir: "Həyatı oldu­ğu kimi qəbul etməyi baca­r".

3. Rey Bredberi: "Aprel cadugərliyi". Bu, uğursuz sevgi barəsində sadə və qısa hekayətdir. Bredberi bu əsərində gənc qızlara nakam sevginin insan həyatında ən böyük uğursuzluq olduğunu de­mək istəyir.

4. Uilyarn Qoldinq: "Milçəklə­rin hökmdarı". Əsər kimsəsiz adaya düşən ingilis məktəblilə­rin macəraları haqqındadır. Romanda oğlan­larda təkamül prosesi əksinə inkişaf edir, onlar mədəni insandan qansız cəllada, hətta adam öldürməyə belə hazır olan manqurta çevrilirlər.

5. Erix Mariya Rernark: "Borc həyat". Bu əsər tənhalıq, bö­yük məhəbbət, ölüm və həyat dəyərləri haqqındadır.

6. Corc Oruell: "1984". İnsa­nın 30 yaşına qədər oxuya­cağı əsərlərdən biri də Corc Oruellin "1984" romanıdır. Kitab 1949-cu ildə yazılsa da, mahiyyəti və əsas ideyası hələ də aktualdır.

7. Harper Li: "Masqaraçını öldür­məli". Bir uşağın dilindən nəql olu­naraq haqq-əda­lətin müdafiəsinə və mövhumata qarşı mübarizəyə həsr edilən əsər, irqçiliyin vurduğu zərbədən, tərbiyə və təhsil problem­lərindən bəhs edir. "Masqaraçını öldürməli" daxilinizdə olan bir çox suallarınıza cavab verəcək.

8. Ernest Heminquey: "Əcəl zəngi". Tənqidçilər bu ro­manı ölüm, ideologiya və müharibənin dəhşətləri, absurdluğu haqqında yazılmış əsərlərin şahı adlandırırlar.

9. Lev Tolstoy: "Hərb və sülh". Ağır zəmanədə yaşayan insanların dramatik taleyindən bəhs edən dahiyanə sənət abidəsi­dir.

10. İvan Bunin: "Yüngül nəfəs". Hekayə gimnaziyaçı Olya Meşerskayadan, onun ilk sev­gisindən bəhs edir. "Yüngül nəfəs" kişilərin ağlını başın­dan alsa da, öz həyatını qura bilməyən qızların nakam sevgisindən bəhs edir.

11. Qabriel Qarsia Markes: "Yüz ilin tənhalığı". Buendia ailəsinin qonaqpərvər evinə xoş gəlmisiniz. Burada hər gələn qonağa sevin­sələr də, yaxın, doğma adamlara qarşı etinasızdır­lar. Əsəri oxuyanda başa düşürsünüz ki, hər bir insan üçün ailənin, doğmaların sevgisi nə qədər vacibdir.

12. Cek Keruak: "Səfillik ". Əsər 1940-cı illərin Amerikasında müharibə­dən qayıtmış veteranların səfil, sərgərdan həyatından, onlara qarşı cəmiyyətin laqeydliyindən bəhs edir. Onlar siqaret tüstüsündə boğula-boğula caz klublarında, yük qatarla­rında dünyanın və insan həyatı­nın mahiyyətini, mənasını axtarırlar.

13. Con Faulz: "Fransız leyte­nantının məşuqəsi". Hər gün dəniz sahilində qara paltarlı bir qadın dayanıb üfüqə baxır. Bir gün onu evlənmək istəyən, lakin heç cür bəxti gətirməyən bir ki­şi görür.

14. Kennet Qrern: "Söyüd yar­paqlarının xışıltısı". Bu əsər yaşının üstünə yaş gələn insanlara həya­tı necə dəyərlən­dirməyi öyrədir. Kitab oxucunun gözləri qarşısında macəralar, mö­cüzələrlə dolu bir dünya açır.

15. Suntszı: "Sa­vaş sənəti". Bu ki­tab bütün dünyada hərbi strategiya sa­həsində ən qədim mənbələrdən sayı­lır. Bu dərin əsər həm də həyatın qəribəlikləri haqqındadır.

Əlbəttə, bütün bunlar heç də 30 ya­şa qədər oxunmalı kitabların ha­mısı deyil. Sizi və zamanını gözləyən xeyli maraqlı əsərlər var...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru