YEHUDİ MENUHİN

15-03-2024, 07:18           
YEHUDİ MENUHİN
“Musiqiyə bir şans verilsə öz-özünə danışar” demişdi 20-ci əsrin ən virtüöz musiqiçilərindən biri…
12 martda Yehudi Menuhinin (1916-1999) vəfatından 25 il ötdü.
Onun adını musiqi məktəbində müəlliməm Stella Yefimovna Kundışdan eşitmişdim ilk dəfə.
Sovetin bu məşhur violin ustasına münasibəti digər xarici musiqiçilərə görə nisbətən yaxşı idi.
1945-ci ildə Menuhin müharibədən sonra SSRİ-yə gələrək David Oystrahla birlikdə Baxın ikili (qoşa) konsertini icra edən ilk xarici ifaçı olmuşdu (2-ci foto).

Menuhin bir Ekol idi, yaşadığı bütün ölkələrdə violin məktəbləri açaraq yüzlərlə istedadlı tələbə yetişdirmiş, musiqi tarixinə əvəzsiz töhvələr vermişdir.
Vəfatının 25-ci ilində qarşıma bir foto çıxdı.
1973-cü ildə İstanbul Festivalında çəkilmiş bu fotoda Yehudi Menuhinlə tanınmış türk pianoçusu İdil Biret görünür (3-cü foto).

Doğrusu, usta sənətkarın İstanbulda, özü də İdil Biretlə səhnə aldığını bilmirdim. Çalışıb o konsertin varsa lent yazısını tapmağa çalışacam.
Violin deyəndə ağlıma o dəqiqə 35 illik dostum, görkəmli musiqiçi, xalq artisti, professor Zahra Guliyeva gəlir. “Menuhini sevirsənmi?” yazdım ona. Bir dəqiqə keçmədən cavab yazdı: “Salam, çooox, ondan yoxdur, həm musiqiçi, həm də insan kimi”…
Həyatda ikən əfsanəyə çevrilmiş bir musiqiçi,
pedaqoq, violin virtüözü, filatelist,
3 yaşında violin çalmağı öyrənən,
7 yaşında simfonik orkestrlə konser verən,
II Dünya savaşında müttəfiq ordular əsgərləri qarşısında 500 konsertə çıxmış,
milyonlarla musiqisevərin könlündə taxt qurmuş bir Dahi…
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru