NYUTON VƏ DARVİNİN MƏZARI ARASINDA

15-03-2024, 09:24           
NYUTON VƏ DARVİNİN MƏZARI ARASINDA
Bu gün görkəmli alim, nəzəriyyəçi fizik və elm populyarizatoru Stiven Hokinqin (1942-2018) ölümündən 6 il keçir.
Onun cənazə mərasimini televiziyadan canlı izləmişdim.
Dünyanın bütün böyük tv kanalları Londondan yayın verirdi canlı.
Kremasiyadan sonra onun külünü Vesminster abbatlığında gətirdilər.
Böyük Britaniya və Bəşəriyyat qarşısındakı misilsiz xidmətlərinə görə Hokinqin küllərini Vesminsterdə İsaak Nyutonla Çarlz Darvinin məzarlarının arasında dəfn etdilər.
Hokinq kvant kosmologiyasının əsasını qoymuş, ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikası anlayışlarını birləşdirən kosmoloji nəzəriyyəni hazırladı, Qara Dəliklərin nəzəri proqnozu və Böyük Partlayış sonrası Kainatın yaranması üzərində çalışdı.
Onun məzar plitəsinin üzərində "Burada Stiven Hokinqin ölümlü hissəsi yatır" sözləri ilə Bekenşteyn-Hokinq formulu yazılıb.
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru