Aktyor Məmmədəli Vəlixanlı.
15-03-2024, 13:04
15 mart 1899-cu ildə Bakıda Fatmayi kəndində doğulub.
1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. İşə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927–1930).
Otuzuncu illərin sonlarında realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silınməz izlər qoyub. Faciə və dramatik janrda yazılmış Hüseyn Cavidin "Səyavuş" (Kosa), Vilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Konstantin Trenyovun bizdə "Düşmənlər" adıyla oynanmış "Lyubov Yarovaya" (Pikalov), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Səməd Vurğunun "Xanlar" (Araq Şəmistan), İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (Rosselini), Brandon Tomasın "Tələbələrin kələyi" (Əli), Boris Lavrenyovun "Amerikanın səsi" (Skundirell), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) pyeslərinin səhnə təfsirlərində son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4 noyabr 1938) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb.
Məmmədəli Vəlixanlının yaradıcılıq potensialı ona faciə və dramatik əsərlərdə də uğurla çıxış etməyə imkan yaratmışdı. H.Cavidin "Səyavuş" (Kosa), U.Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), M.Hüseynin "Cavanşir" (Saran), K.Trenyovun səhnəmizdə "Düşmənlər" adı ilə oynanmış "Lyubov Yarovaya" (Pikalov), A.Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Ə.Haqverdiyevin "Pəri cadu" (Əmrah), F.Şillerin "Qaçaqlar" (Vurm), S.Vurğunun "Xanlar" (Araq Şəmistan), İ.Qasımov və H.Seyidbəylinin "Uzaq sahillərdə" (Rosselini), B.Tomasın "Tələbələrin kələyi" (Əli), B.Lavrenyovun "Amerikanın səsi" (Skundirell), S.Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), M.S.Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) pyeslərinin səhnə təfsirlərində son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş etmişdir. Həmçinin onun "Görüş" (Çayçı) , "Mahnı belə yaranır" (Bədirxan) filmlərində oynadığı rollar bu gün də maraqla izlənilir.
Məmmədəli Vəlixanlı Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasının premyerasından (9 mart 1961-ci il) az müddət sonra qəflətən iflic xəstəliyinə düçar olub.
Altmış iki yaşlı sənətkar bir daha səhnəyə çıxmadan 12 aprel 1969-cu ildə dünyasını dəyişib.
Məzarı Bakıda ikinci Fəxri xiyabandadır.
Allah rəhmət eləsin!
Jalə Əsədova
TEREF