OSMANLI PADŞAHI lV MURAD və NARKOTİK.
16-03-2024, 10:18
(27 iyul 1612 - 8 fevral 1640)
lV Murad Osmanlı İmperiyasınin 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi.
lV Muradın dövründə bir çox qadağalar mövcud idi.
1. Qəhvə
2. Tütün
3. Tiryək ( narkotik )
4. Alkoqol
5. Qəhvəxanalarda yığıncaq
6. Gecələr fənərsiz gəzmək.
İstanbul limanındakı bir gəmidən başlayaraq paytaxta yayılan şiddətli yanğın şəhərin beşdə birini külə çevirmişdi (2 sentyabr 1633). Katib Çələbi yanğının səbəb olduğu itkilərin böyük olduğunu qeyd edir. Bu yanğın bir çox şayələrə yol açdı. Xüsusilə də, qəhvəxanalarda gedən söz-söhbətlərin qarşısını almaq üçün, qəhvə, alkoqol, tiryək və tütünü haram sayan Qazızadə Mehmet Əfəndinin də təhriki ilə bütün qəhvəxanalar dağıdıldı.
İstanbula gəldikdən sonra isə hazırlıq gördüyü şərq səfərinə çıxmazdan öncə paytaxtda alkaqol, narkotik qadağasını tədbiq etdi (5 avqust 1634).
lV Murad gecə namazından sonra paltarını dəyişib küçələrdə dolaşirdi. IV Murad narkotik, tütün, alkoqol qəbul edən və fənərsiz gəzən insanlarla rastlaşdıqda, onları cəzalandırmaq üçün öldürtdürürdü. Səhər saatlarında bu səbəbdən cəzalandırılanların meyitləri isə yerdə görünürdu. Qadağaya əməl etməyənləri isə ölümlə bu cür cəzalandıracaqlari ilə hədələyirdilər. Gecələr padşahın əsgərləri evlərin bacalarını iyləyirdilər. Tütün və titrək iyi gələn evlərdəki insanları səhər edam edirdi.
Hətta ordusunda tütün və tiryək istifadə edən əsgərlərin barmaqlarını, əlini və qolunu qirardılar.
1638-ci ildə dövrün nüfuzlu şəxsiyyətləri ilə fikir ayrılığı olan Osmanlı baş həkimi Əmir Çələbi tiryəkdən ( narkotikdən ) istifadə etməkdə günahlandırılır və IV Murad tərəfindən həbs edilir. Murad xəbər verir ki, onunla şahmat oynamaq istəyir.
IV Murad şahmat oyunu zamanı Əmir Çələbini külli miqdarda tiryək ( narkotik) udmağa məcbur edir və sonra Əmir Çələbi zəhərlənərək ölür. Səfəvi padisahlarindan fərqli olaq lV Murad tibbidə tiryəkin istifadəsinə icazə vermir.
Bütün bunlara baxmayaraq tarixdə olan məlumata görə lV Murad Osmanli padisahi babası ll Səlim kimi eyni ilə alkoqol və narkotik istifadəçisi idi. Alkoqol və narkotik səbəbindən də qut yəni indi serroz adlandirdimiz xəstəlikdən 1640 ci ildə, 27 yaşında vəfat edir.
Ardı var...
Nasibli Gulnar
TEREF