Bu gözəl coğrafiyadakı bütün qardaş xalqlar kimi bu bayramın adına nə demələrindən asılı olmayaraq Novruzu qeyd edir,

20-03-2024, 11:04           
Bu gözəl coğrafiyadakı bütün qardaş xalqlar kimi bu bayramın adına nə demələrindən asılı olmayaraq Novruzu qeyd edir,
On il keçib üstündən.
Bir Novruz günü idi.
Səhər tezdən bir ləzgi dostum zəng vurdu:
– Yaran Suvar bayramın mübarək, can qardaş
– O nə bayramıdır elə?
– Necə yəni, Novruz Bayramının əsil adı Yaran Suvardır da, bilmirdin?..
Əvvəlcə söz tapmadım deməyə.
Sonra silkinib dedim ki, mən də səni Müqəddəs Petrik Bayramı ilə təbrik eldirəm, bəs “Yaran Suvar”ın əsil adı “Müqəddəs Petrik”dir, bilmirdin?…
Ləzgisi də, avarı da, ingiloyu da bu gözəl coğrafiyadakı bütün qardaş xalqlar kimi bu bayramın adına nə demələrindən asılı olmayaraq Novruzu qeyd edir, bizimlə bərabər sevinir və bizim kimi sabahla bağlı xəyallar qururlar.
Kim bilir, bəlkə də Novruz bu torpaqlarda Turan və Acemin ortaq bayramı olsun deyə yaradılıb və elə buna görə də minillərdir yaşayır və yaşayacaq.
İddia edirəm, rus olmasyadı bu nəcib xalqlar heç vaxt ayrıseçkilk etməz, şad-xürrəm yaşayardılar.
Bayramlarınız Bayram olsun, gözəl Ölkə!
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.