EMMİ NYOTER

24-03-2024, 10:34           
EMMİ NYOTER
Emmi Nyoter (Emmy Noether, 1882-1935) XX əsrin ən böyük riyaziyyatçısı sayılır.
Albert Eynşteyn bu qadını riyaziyyat tarixinin ən böyük yaradıcı dahilərindən biri hesab edirdi.
Abstrakt cəbrin kraliçası sayılan Emmi Almaniyada, Bavariya əyalətində yəhudi ailəsində dünyaya gəlib.
O, bir çox dahilər kimi uşaq vaxtı qeyri-adi qabiliyyətlər nümayiş etdirməmişdi.
Ancaq 1903-1904-cü məşhur Göttingen Universitetində bir semestr dərs aldı və burada Hermann Minkowski, Feliks Klein kimi alman riyaziyyatçılarının mühazirələrini dinlədi.
Orada keçirtdiyi iki il onu Elm tarixinin ən böyük qadın alimlərindən birinə çevirdi.
1918-ci ildə Emmi Nyoter fiziki sistemlərin simmetriya qanunlarını və enerjinin saxlanması qanununu birləşdirən teoremi isbat etdi.
36 yaşı var idi, teoremə onun adı verildi.
O, zaman və məkanın homogenliyi haqqında elə mühüm nəticələr çıxardı ki, dünyanın fiziki mənzərəsini qurmaq üçün yeni perspektivlər açdı.
Əgər nəzəri fizika haqqında bildiyimiz hər şeyi ümumiləşdirən bir tənlik yazsaq onun bir ucunda Feynman, Şrödinger, Maksvel və Dirak, digər ucunda isə Emmy Nyoter olardı…
***
Hitler iqtidara gələndə nasional-sosialistlər bir yəhudi qadının sivilizasiyanın beşiyində sarışın arilərə riyaziyyat dərsi verməsinə dözə bilməzdilər.
Emmi Amerikaya mühacirət etdi.
Emminin qardaşı Frits Nyoter də məşhur riyaziyyatçı, professor idi.
Yəhudi təqibindən qurtulmaq üçün Rusiyaya sığındı, Tomsk universitetində çalışdı.
1941-ci ildə ruslar onu həbs edib güllələdilər.
Amerikaya qaçan Emmi gedib dünya şöhrətli alim oldu,
qardaşı isə Rusiyada güllələndi…
Bu gün Emmi Nyoterin doğum günüdür…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.