TROYA MÜHARİBƏSİNİ YUNANLAR KİMİNLƏ APARIBLAR?
25-03-2024, 08:14
Bütün yazılı və əski eskizli (şəkilli) yazıların tədqiqi göstərir ki, şimali Balkandan indiki Yunanıstana və xüsusilə Türkiyəyə hüçum çəkmiş yunan tayfaları ilə müharibə aparan yerli - aborigen xalq Türk olub.
HOMERİN bu müharibə barədə yazdığı İLİADA adlı əsəri yunanın qələbəsindən sonra originallıqdan çıxarılaraq tamamilə mifləşdirilib, adlar, hadisələr dəyişdirilib, hər şey yunanlaşdırılıb.
Nə görürük? 3200 il bundan qabaq yunanlar qədim avtoxton türklərlə eynilə 300 ildir bura gətirilmiş haylar kimi rəftar ediblər.
Bu torpaqların sahibi olandan sonra eynilə bədxah qonşularımız kimi nəyimiz olub altın üstünə çeviriblər. Üstündəki varlığımızı şumlayıb, təkindəki ruhumuzu belə kökləyib, kövərləyiblər.
Bunu mən demirəm. Avropa ədəbiyyatı yazır. Görün Homerin yazdığı İLİADA və ODİSSEY adlı poemalarının başına nə oyun açıblar biz türklərlə u tərəfdən (Ögey və Mərmərə dənizləri tərəfdən) qonşu olanlar. Ədəbiyyat yazır:
“Troya müharibəsi (yun. Τρωικός Πόλεμος) əfsanəvi müharibədir, onun haqqında miflər Homer eposu yazılmamışdan əvvəl də yunan xalqı arasında yayılmışdı: “İliada”nın ilk rapsodiyasının müəllifi öz dinləyicilərində təfərrüatlı təsvir yarada bilir. Belə əfsanələr o dərəcədə canlıdır ki, guya Axilles, Atreus, Odissey, Böyük Ayaks, Kiçik Ayaks, Hektor artıq tanışdır oxuculara ."
Niyə də tanış olmasın? Yeni yerdə ələ keçirilmiş yerli dildə olmuş qədim Homer əsərlərinə müdaxilə edilir.
İncəliyə varırsınızmı? Yəni bütün bunlar müharibədə iştirak etmiş xalqın yaradıcıları tərəfindən sonradan əsərə daxil ediliblər. Ona görə də müharibədə iştirak etməmiş bu yalançı adamlar bu xalqa tanışdır (T.A.). Sonrası daha maraqlıdır:
"“Bu əfsanənin bütün səpələnmiş hissələri eyni əsrlərə və müəlliflərə aiddir və tarixi həqiqətin miflə hiss olunmayan tellərlə bağlandığı xaotik qarışığı təmsil edir. (Özü də 100 % - T.A.).
Zaman keçdikcə, süjeti yeniləməklə dinləyicilərin diqqətini daha çox cəlb etmək istəyi şairləri öz sevimli əfsanə və nağılları ilə birgə əsərlərə getdikcə daha çox yeni qəhrəmanlar əlavə edəcəklər: “İliada” və “Odissey” qəhrəmanlarından Aeneas, Sarpedon, Qlaucus, Diomedes, Odysseus və bir çox kiçik personajlar, bəzi fərziyyələrə görə, ƏN QƏDİM VERSİYAYA TAM YADDIRLAR.
Troya döyüşləri haqqındakı nağıllara həmçinin Penthesilea adlı amazonka, Memnon*, Telephus, Neoptolemus və başqaları kimi bir sıra digər qəhrəman şəxsiyyətlər daxil edilmişdir."
***
Bütün yunanlaşdırılmış adların hamısı əsərə sonradan yunan şaircikləri tərəfindən əlavə edilmiş, Poema özü yunanlaşdırılmışdır.
Troyada niyə yunan yunanla döyüşməlidi ki ?
Şəhər-Qala əgər onun idisə, oranın əhalisi gəlmiş həmetniklərini güllə-çiçəklə qarşılamalıydılar. Niyə 9 il ərzində yerli yunanı məhv edib onun yerini tutmalydı gəlmə yunan?
Əsərlərin yunanlaşdırılmasının özü məntiqsiz hərəkət idi. Sadəcə İZ itirilirdi.
Deməli, həyati reallıqda bu adamlar müharibədə iştirak etməyib. Bütün Troya müharibəsindəki yunan mənşəli "iştirakçılar" sonradan HOMERİN poeamlarına daxil edilmiş mif adlardır.
Elə bil ki, biz bu gün bütün Alban-Türk müəlliflərinin yazmış olduqları əsərlərə, yalnız hay müəlliflərinin "yazdıqları" hay dilindəki əsərələr kimi qəbul edirik. İnşa etdikləri memarlıq inciləri olan məbədləri, VƏNGLƏRİ hay abidələri kimi qəbul edirik. Özümüz özümüzü danırıq.
***
KEÇƏK O ZAMAN (TROYA MÜHARİBSƏSİ DÖVRÜ) TROYA İLƏ BAĞLI TÜRKCƏ ZƏRB OLUNMUŞ SİKKƏYƏ VƏ YUNANCA MİFLƏŞDİRİLMİŞ TÜRKCƏ YAZILI DÖYÜŞ SƏHNƏLƏRİNƏ.
BİRİNCİ:
TROYANIN SAHİBİ PRİAMIN ADINA ZƏRB EDİLMİŞ SİKKƏ:
AŞAĞIDAKI SİKKƏDƏ BU SÖZLƏR HƏKK OLUNUB. Ön tərfədə:
"PRIAMOŞ ВАŞ EYÜ"
Arxa səthində "ТРOIA"
PRİAMOŞ BAŞ ƏYÜ TROYA -
təmiz türkcə oxunur 3200 il bundan qabaq zərb olunmuş TROY -TURU sikkəsi.
Bu gün biz də belə bir şey zərb edə bilərik:
AZƏRBAYCAN XALQI BAŞ ƏYÜ XANKƏNDİYƏ...
3000 ildən sonra Dr. Azərtürk oxuyub hadisəni öz zamandaşlarına olduğu kimi danışacaq. Niyə də olmasın. Prezidentin prioriteti ilə - qoy fərmanı Prezident özü versin.
***
Və PRİAM zərbinin digər bir ilahi gözəlliyi də ondadır ki, u TURU - TROY şəhərimizin u dövrdəki metal üzərində böyük rəssam qabiliyyəti ilə qabardılmış şəklini verir. Mənim şəxsən daha çox nəzərimi cəlb edən, vaxtilə Apenninə köç etmiş Rasin, Pelasq, Turşa, Teker, Ete, Atik Türklərinin Dəniz sahilində elə o zamandan donub qalmış yelkənli gəmiləri, avarlı iri qayıqları oldu.
İndiki Türkiyəmizin QƏHRƏMAN ÇANAKKALESİNDEN 30 km cənub-qərbdə yerləşmiş və ədəbiyyyatdan TROYA kimi tanınan şəhərin əsil adı TROY (Türkiyədə indi TRUVA) olub.
3 Minillik Babil Şairimiz ŞƏMSİ ƏDƏD ABİ öz əsərində, onu, TURU adlandırır. Şübhə yoxdur ki, bu ad Aralıq dənizi sahillərdindəki TURAN etnotermini ilə eyni kökdəndir.
***
Adları HOMER əsərlərindən silinmiş ulu əcdadların isimlərini bərpa etmək çətin deyil, millət.
TROYADAKI, İTALİYADAKI ŞANLI TÜRK TARİXİMİZİ BƏRPA ETMƏK ÇƏTİN DEYİL. BÜTÜN YAZILAR BİZİM ULULARIN GÖZGÖRƏRİ ŞAHİDLƏRİDİR. ÇÜNKİ ONLAR (U YAZILAR) ƏCDADLARIN ÇƏTİN ANLARINDA METALA, DAŞA HOPDURDUQLARI QÜDSAL NƏFƏSLƏRİDİR. İNDİ ONLARA ÖZ NƏFƏSİMİZİ VERİB CANLANDIRMAQ ÜÇÜN ZƏKAMIZ DA YETƏRLİDİR.
________________________
İKİNCİ HİSSƏDƏ
* MEMNON barədəki yazılı abidədən danışılacaq.
Tariyel Azerturk
TEREF