Professor Ruth Gottesman tibb kolleçinə 1 milyard bağışladı VİDEO

25-03-2024, 11:04           
Professor Ruth Gottesman tibb kolleçinə 1 milyard bağışladı  VİDEO
Professor Ruth Gottesman amerikalı iş adamı, milyarder və xeyriyyəçi David Gottesmanın (1926 - 2022) dul arvadıdır.
Onlar Nyu Yorkun Bronks bölgəsində yerləşən Albert Eynşyetn Tibb Kollecinin (Albert Einstein College of Medicine, AECOM) qurucularıdırlar.
Ruth və David Gottesman 72 il birlikdə yaşadılar, xeyriyyə fondları var idi. Bu fond vasitəsilə onlar ABŞ və İsraildə tibbi tədqiqatlar, təhsil, mədəniyyət və incəsənət proqramlarını dəstəkləyirdilər.
David Gottesman 2022-ci ildə vəfat etmədən əvvəl avradına lazım bildiyi kimi istifadə etməsi üçün böyük səhmlər portfeli vəsiyyət etmişdi.
İxtisasca həkim olan Ruth Gottesman Albert Eynşyetn Tibb Kollecinə 1 milyard dollar bağışladı. O, bu vəsaitin bütün tələbələrin gələcək təhsil xərclərinin ödənməsi üçün təlimat verib.
Artıq kollecdə təhsili pulsuz olacaq.
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.