Zarat kənd adının Quran əsasında mənası

10-04-2024, 11:54           
Zarat kənd adının Quran əsasında mənası
Zarat (Siyəzən) Vkipediyasında ( https://az.wikipedia.org/wiki/Zarat_(Siy%C9%99z%C9%99n ) qeyd
edilir ki, “Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış
məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar”. Göründüyü kimi “Ziraət” sözündən
“Zarat” sözü alınmır. Yalnız “Zrat”, “Zirat” və “Zirət sözləri alına bilir.
“Zarat” sözü bizim araşdırmalarımıza görə Quranın* 51-ci “Əz-Zariyat” surəsinin adından
götürülüb. “Zariyat” sözünün ərəbcə mənası “sovurub-dağıdan küləklər” mənasını verir.
Rəbbimiz “Əz-Zariyat” surəsinin 1-5-ci ayələrində yazır:
1.(Toz-torpağı) sovurub-dağıdan küləklərə;
2. Yağış yüklü buludlara;
3. Asanlıqla üzüb gedən gəmilərə;
4. Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,
5. Sizə vəd olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).
4 və 5-ci ayələrdən aydındır ki, Allah qiyamətin həqiqət olması barədə yağış yüklü buludlar (2-ci
ayə), asanlıqla üzüb gedən gəmilərlə (3-cü ayə) yanaşı, sovurub-dağıdan küləklərə (1-ci ayə) and
içir. Məhz bu səbəbdən 1-3-cü ayələrin sonu nöqtə-vergüllə (;) bitir. “Zariyat” sözündən
leksikonda asanlıqla (iy ötürülməklə) “Zarat” sözü alınır. Həqiqətən dəniz kənarında yerləşən Zarat
(Siyəzən) üçün (Toz-torpağı) sovurub-dağıdan küləklər xarakterik bir iqlim əlamətidir. Qeyd
etmək lazımdır ki, Zarat adlı kənd İsmayıllı, Şamaxı və Şabran bölgələrində də vardır.
Beləliklə, belə nəticə çıxarmaq mümkündür ki, “Zarat” sözünün mənbəyi bilavasitə Allahın
Kitabı olan Quranın 51-ci Əz-Zariyat surəsinin adı ilə bağlıdır.
*Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi, 1992).
Quran ayələri əsasında 2 Elmi Kəşf
müəllifi, k.e.d., prof., ATEA akademiki
Rahim Daşdiyev [email protected]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.