Batin alimi yazır: Azəri ilə Azərbaycanlının fərqi

10-04-2024, 17:24           
Batin alimi yazır: Azəri ilə Azərbaycanlının fərqi
Bu günlərdə yenə qarşıma - "mən Azəri deyiləm, azərbaycanlıyam" deyən bəzi insanlar çıxdı. Təəsüf ki, insanlarımız məlumatsızlıqdan öz köklərindən imtina edirlər. Mən bu haqda bəzi həqiqətləri insanlarımıza çatdırmaq istəyirəm.
Azər adı qədim mənbələrdə Aziru, Azar, İazər və s. kimi yazılıb Asar, yəni qədim Misirin Osiris Allahı mənasında olmuşdur. Misir yazılarında Osiris, yəni Asar/Azər Allahı - "odlu göldən gələn" "od oğlu od" adlanır və bizlərə bu od - "Azər odu" kimi məlumdur. İslamda bu od - İlah adlanır. Başqa sözlə, Azər dedikdə - İlahdan yaradılmış Allah başa düşülməlidir. Qədim İran mənbələrində bu od - far/fər, farna odu adlanıb, farnbaq kimi yazılaraq, firon-bəglərə aid edilirdi. Mətnlərdə onlar "atəşbəglər" kimi də qeyd olunurlar. Bu o deməkdir ki, farna odu elə Misir fironlarının odu anlamında, onlara İlahi qüdrət verən mahiyyətdir. Qədim fəlsəfədə bu mahiyyət - hər şeyə həyat vermiş ilkin materiya kimi məlumdur.

Qədim Misirdə firon sözü olmamışdır və bu söz pir (pirao) kimi qeyd olunur. Deməli, İlahi farna odunu daşıyan Misir fironları elə Azər odunu daşıyan pirlər, bəglər, seyidlər, şıxlar nəslidir. Qədim Misir yazılarına görə Allah əvvəl Azəriləri dünyaya hakim kimi yaratmışdır. Onlar da öz növbəsində adi insanları yaratmışlar. Mənbələrdə Azərilər - ölümsüz göy insanı, adi insanlar isə ölümlü yer insanları adlanırlar. El arasında keçən əsrə qədər Azərilər - seyid, adi insanlar isə avam adlanırdı. Ağsaqqallarımız tanımadığı bir cavan görəndə onun millətini yox, seyid və ya avam olmasını, yəni onun göy və ya yer insanı olmasını soruşardılar.

Mən, Misir Allahlarının vətəninin Azərbaycana aid İran dağlarında olması haqqında yazmışam. Məhz Azər odunun hesabına Azəri müqəddəsləri möcüzələr göstərə bilirdilər. Qədimdə onlar söz və fikirləri ilə təbiətə və canlılara aktiv təsir edirdilər. Bu İlahi mahiyyətə görə Azəri pirlərinin qəbirləri də ocaq sayılırdı və insanlar arzularının həyata keçməsi üçün bu ocaqlara nəzir verirdilər. Qədim miniatürlərdə Azər odunun içində Məhəmməd peyğəmbər göstərilir ki, bu da onun - Azər, yəni Osiris Allahının obrazı olması deməkdir. Peyğəmbərimiz merac zamanı odlu Burak atı ilə göylərə qalxmışdır ki, məşhur sufi Mühiddin ibn Ərəbi "Füsusül Hikəm" kitabında bu meracı Allaha çevrilmə kimi qeyd etmişdir. İmam Hüseynin də ləqəbi Sarallah olmuşdur ki, bu da Asar-Allah, yəni Azər Allahı deməkdir. Qurana görə, Azər oğlu İbrahim peyğəmbər üçün məhz bu İlahi Azər odundan buna tikilmişdir və bura da cənnət evi mənasındadır (Quran, 37:97, 21:69).

Rəsmlərdə Azərilərin başları (Qızılbaşlar) od içində göstərilir ki, bu da onların müqəddəs nəslə mənsub olması anlamındadır.
Bütün bunlar o deməkdir ki, Azəri dedikdə İlahi Azər odu ilə vəhdətdə olan müqəddəslər nəsli nəzərdə tutulmalıdır. Azərbaycan adlanan ölkəmiz də, adından göründüyü kimi İlahi Azər odunu daşıyan pir-bəglər, seyid-şıxlar nəslinin ölkəsidir. Lakin bu ölkədə adi insanlar da yaşayır və azərbaycanlı adı onlara şamil olunur. Bu gün ölkəmizdə yaşayan etnik qrupların da adlarında bəg, seyid, şıx və s. sözlər vardır ki, bu da onların bəzilərinin Azər Allahının törəmələri olması deməkdir.

Firudin Gilar Bəg
10.04.2024
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.