QUMARBAZ MƏKTUBLARI

11-04-2024, 10:54           
QUMARBAZ MƏKTUBLARI
(Visbaden qeydləri -3)
[əvvəli bir gün əvvəlki postumda]
Dostoyevski əsasən dəbdəbəli Visbaden kazinosunda – Kurhausda oynayırdı.
Daha doğrusu oynamırdı, uduzurdu.
Qumar zalının divarından o dövrün poçt qutusu asılıb.
Bu poçt qutusu uduzan qumarbazın simvoludur –
“Uduzanda get yaxınlarına məktub yaz…yaz ki, batıram, təcili pul göndər”.
O poçt qutusu uduzan, pul dilənən oyunçunun son ümididir.
Bu gün o poçt qutusunu görənlərin çoxu təbəssüm edir.
Ancaq bir az düşünəndə o qutuya başqa gözlə baxırsan.
Acıyırsan o insanlara.
Dostoyevski Turgenevə göndərdiyi məktubda ona belə dil tökür:
«Висбаден. Пятница 28 апреля 1871 г.
Добрейший и многоуважаемый Иван Сергеевич…
Пять дней как я уже в Висбадене и всё проиграл, всё дотла, и часы, и даже в отеле должен.
Мне и гадко и стыдно беспокоить Вас собою. Но, кроме Вас, у меня положительно нет в настоящую минуту никого, к кому бы я мог обратиться, а во-вторых, Вы гораздо умнее других, а следственно, к Вам обратиться мне нравственно легче. Вот в чем дело: обращаюсь к Вам как человек к человеку и прошу у Вас 100 (сто) талеров».

Bu məktubda isə Dostoyevski 30 taler (o dövrdəki alman valyutası)i üçün həyat yoldaşına “Anya, Anya, mən alçaq deyiləm…xilas et məni, son dəfə pul göndər” deyə yalvarır:
«Бесценная моя, друг мой вечный, ангел мой небесный, ты понимаешь, конечно, — я все проиграл, все 30 талеров, которые ты прислала мне…
Ты для меня все свое заложила в эти четыре года и скиталась за мной в тоске по Родине! Аня, Аня, вспомни тоже, что я не подлец, а только страстный игрок.
…Теперь эта фантазия кончена, навсегда. Я и прежде писал тебе, что кончена навсегда, но я никогда не ощущал в себе того чувства, с которым теперь пишу. О, теперь я развязался с этим сном и благословил бы Бога, что так это устроилось, хоть и с такой бедой, если бы не страх за тебя в эту минуту. Аня, спаси меня в последний раз, пришли мне 30 талеров».
Dostoyevski Visbadenə ilk dəfə 1863-ün yayında epilepsiyadan müalicə üçün gəlir.
Səfərdən əvvəl qəzetlərdə Visbaden kazinosunda var-dövlətini itirmiş bir gəncin özünü qumar zalında güllə ilə vurduğunu oxuyur.
O kazinoya gedir marağından.
Bir az pul qoyur və bəxti gətirir – elə ilk “stavkada” 10 min frank udur.
Acgözlük iştahını qabardır.
Ertəsi gün bir də gedir.
Gedir və biabırçı şəkildə uduzur.
Növbəti səfərində yenidən bəxtini sınayır.
Maliyyə vəziyyəti zatən bərbaddı, pul qazanmaq istəyirdi.
Arvadının bacısı Varvara Konstanta göndərdiyi məktubda yekə-yekə yazır ki, burdakılar axmaqdır, hamı uduzur, mən isə ruletin sirrini tapmışam.
“Uduşun yolu çox sadədir, yetər ki, əsəbləşmə və həyəcanlanma”, –Dostoyevski “tapdığı” sirr Varvaraya yazır.
Nəyi varsa uduzur…
Qürur, mənlik deyə bir şey qalmır onda.
Turgenevlə bərabər yazıçılar Gertsen və Bobrıkindən, köhnə dostu Vrangeldən, bir vaxtlar aşıq olduğu Appolinariya Suslovadan da borç pul istəyir, yalvarıb-yaxarır, dillər tökür.
Visbaden Almaniyanın Monte-Karlosu, Amerikanın Las-Veqası olub uzun illər.
Burada Goethe, Vagner, Elvis Presley kimi məşhurlar şar fırladıb, kartlar açıb, udub-uduzublar.
Ancaq heç biri Dostoyevski kimi dibə düşüb, alçalmayıb…

Çox acınacaqlıdır.
İnsan günahın hansı dərinliyinə çatmalıdır ki, özünə hörmətin son sərhəddini keçsin?
Nə üçün? Və nəyin naminə?
Dostoyevski həyatının 10 ilini bu ehtirasa qurban verir.
Visbadendə havaya bir sərvət sovurur.
İtirdiyi isə təkcə pul deyildi.
O, həm də qürurunu və özünə hörmətini itirmişdi.
İnsan həyatındakı ən dəhşətli itki də budur, məncə…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.