KÜKÜRD QOXAN KÜÇƏLƏR
13-04-2024, 12:54
(Visbaden qeydləri – 4)
"Dünyanın bütün ehtişamlı gözəlliyini görmək üçün Visbadeni on beş dəqiqə görmək yetərlidir", – böyük alman şairi Goethe belə qiymət vermişdi bu şəhərə…
Biz on beş dəqiqədən çox gəzdik.
İndi görün bizdə necə təəssüratlar yaratdı bu şəhər.
Zənginlər şəhərinə gələnlərin gözü nə qədər kazino, lüks restoran axtarsa da buranın bir nömrəli cazibəsi sudur – onun şəfalı termal suları. Romalılar 6-cı əsrdən etibarən bölgədə kəşf etdikləri isti sulardan müalicə məqsədilə istifadə ediblər.
Bu gün şəhərdə 30-a yaxın yeraltı termal sular çıxır və onların tamamı dövlət tərəfindən qorunur.
Soyuq bir bahar sabahı mərkəzdəki büvetlərdən birini axtarırıq.
Bilən birindən ünvanı soruram.
Gülərək “Adresi neynirsən, küçələri qoxlaya-qoxlaya get, kükürd qoxusu gələndə dayan, ətrafına bax, yerdən çıxan buxar buludlarını görsən demək ki, yaxınıdasan, boylansan görəcəksən” deyir…
Yolu belə yaxşı başa salan hələ görməmişdim.
Həqiqətən də bulağa yaxınlaşdıqca kükürdün qoxusu kəskinləşdi.
300-350 qramdan artıq içmək olmaz.
Tərkibində çox sayda duzlar var.
Bildiyimiz Kislovodsk və Yessentuki sualrından fərqli deyil.
Alman dilindən tərcümədə “Baden” “Çimmək” deməkdir.
Qədim almancadakı “Baden” isə “Hamam” anlamına gəlir.
Ətrafdakı şəhər və bölgə adlarında “Baden” kökünün olması da bu səbəbdən təəccüblü deyil – Visbaden, Baden-Baden, Baden-Vürtemburq və s.
https://t.me/ibrahim_nebioglu
TEREF