Frensis Ford Koppola yeni filmi olan “Megapolis”in tizerini paylaşdı

15-05-2024, 11:44           
Frensis Ford Koppola yeni filmi olan “Megapolis”in tizerini paylaşdı
85 yaşlı amerikan sinemasının canlı əfsanəsi Frensis Ford Koppola yeni filmi olan “Megapolis”in tizerini paylaşdı. Paylaşım Kann festivalının açılışı ərəfəsində edildi.
“Megapolis” 1979-cu ildə Apocalipsis filminin Kannın əsas mükafatını – Qızıl Palma budağını qazanmasından təxminən 40 il sonra çəkilib.

Koppola film üzərində 30 ildən çoxdur ki, işləyir, onun xəyalını qururdu. Süjet qədim Roma tarixçisi Qay Salustius Crispusun "Katilinanın sui-qəsdi haqqında" traktatına əsaslanır. Ünlü memar Serj Katilina gələcəyin Nyu-Yorkunu dünyanın utopik mərkəzinə çevirməyə çalışır. Ancaq Nyu Yorkun meri Frank Cicero-nun layihəsi ilə rəqabət aparmağa məcbur qalır...
“Megapolis” Koppolanın şəxsi vəsaiti ilə çəkilib.

İki dəfə Qızıl Palma Budağı mükafatı qazanmış Koppola yeni filmi ilə birinciliyə ən real namizədlərdəndir.
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.