"Sokratın ölümü"
6-06-2024, 09:28
Rəssam: Jak-Lui David (Jacques-Louis David) "Sokratın ölümü"
Ölüm hökmü oxunduqdan sonra Sokrat xallı badyan adlı bitkinin ekstraktını içərək özünə qəsd edir. Rəsmdə Sokratı ağ geyimdə təsvir etməklə rəssam onun məsum olmasını bizlərə çatdırır. Əl hərəkəti və bədən dili isə onun məğrur olduğunu, ölümdən qorxmadığını və son ana qədər fikirlərini təlqin etdiyini göstərir. Sol tərəfdə, arxa fonda pilləkənlə qalxan məyus qadın Sokratın həyat yoldaşı Ksantippadır. Taxtın önündə boz paltarda, məyus şəkildə oturan qoca isə Platondur. Baxmayaraq ki, o Sokratın tələbəsi olmuş və ondan yaşca kiçik idi, rəssam burada Platonu daha müdrik göstərir. Buna səbəb isə Sokratın ömür boyu heç bir qeyd, alyazmasının olmaması və onun haqqında məlumatların Platon tərəfindən qeyd olunmasıdır. Hətta, bəzi təqiqatçılar Sokratı Platonun məhsulu olaraq görür və onu mələz olaraq Platsok (PlatSoc) adlandırırlar.
Əslində, Sokratın hər iki məhşur tələbələri Platon və Ksenofon ölüm səhnəsində olmamışlar. Sokratın ölümünü təsvir edən Platon məlumatları öz şagirdi Fedondan (Phaedo) öyrənir. Bu rəsm əsərində diqqət çəkən digər bir obraz Fedonun dostu Kritondur (Crito). Rəsmdə göründüyü kimi o, əlini Sokratın ayağının üstünə qoyaraq diqqətlə onu dinləyir.
Eukaryote
TEREF