MİLLƏT OLARAQ TARİXİMİZİ YAZMAĞA KİM BİZƏ İMKAN VERMİR?

8-06-2024, 09:24           
MİLLƏT OLARAQ TARİXİMİZİ YAZMAĞA KİM BİZƏ İMKAN VERMİR?
Babəkin qollarını kəsən ərəblər,sonra ölkəni işğal edib on minlərlərlə Azərbaycan Türkünü qətlə yetirdilər.Bu günə qədər millətimizə və onun Azadlıq Hərəkatına başçılıq edən Babəkə qarşı törədilən cinayəti məhkəmədə qiyabi də olsa araşdırmadıq?Günahkarı cəzalandırmaqdıq. Tarix də olsa sanki belə olmalıymış kimi bu faciənin üzərindən keçdik. Niyə və nədən?
Nəsimi dövrünün ən azman şairi,filosofu,idieoloqu idi.Nə səbəbdən ərəb xilfatəinin başçısı onun dərisini soymaq haqda fətva verdi.Kim idi o qatil ərəb?Niyə bu günə qədər qiyabi məhkəmə keçirib o qatilə qiyabi də olsa cəza verilmədi? O dövrdə bu qətlin qarşısını almaq mümkün deyildisə,bəs bu gün?
Məhkəmə gec ya tez Hürufilərin kimliyi, hansı günah sahibi olduqlarını,millətimizə,milli dünyagörüşümüzə möhtəşəm təsirini araşdırmalı,Nəsiminin dərsinin soyulmasına qərar verənlərin cəzası kəsilməlidir.
700 cü ildən başlayaraq ərəblərin Azərbaycan qarşı işğalçılıq müharibəsinin heç biri Məhkəmədə araşdırılıb öz qiymətini almayıb.
1800 ildən başlayaraq bu günə qədər Çar Rusiyasının Azərbaycan qarşı işğalı,Qarabağı işğal etməsi və 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsinin qanuniliyi araşdırlmayıb. Eyni zamanda Gülüstan sülh müqaviləsi 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə, 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmış Türkmənçay sülh müqaviləsi müstəqil Azərbaycanın parlamnetində qanuni qiymətini almayıb?
1920 ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin işğal olunması niyə əvvəl parlmentdə,sonra isə ədalət məhkəməsində,daha sonra isə BMT- araşdırmaya təqdim olunmur?
1937 Azərbaycan Türklərinə qarşı aparılan qanlı represiyalar, 1941-45 müharibəsində Azərbaycan vətəndaşı olan çağırışçıların qəsdən və kütləvi surətdə güllənənməsi faktları araşdırılmır.
1990 cı ildə yanvarın 19-da SSRİ qoşunlarının Azərbaycanı yenidən işğal etməsi və minlərlə vətəndaşın qətlə yetirilməsi araşdırlmır,günahkarlar cəzalandırılmır?
Xocalıda 266-cı Rusiya hərbiçilərinin və erməni qəsbikarlarının birlikdə tərətdikləri XOCALI qətlimaı parlamentdı soyqırım kimi qiymətləndirlimir?
Bu günə qədər erməni və rusların Azərbaycan dövlətinə qarşı apardığı işğalçılıq müharibələri, evindən didərgin salınmış bir milyon vtəndaşın, öldürülmüş on minlərlə sakinin,dağıdılmış rayonlar haqda parlamentin heç bir müzakirəsi keçirilmir,qərar qəbul edilmir,məhkəmə qərarı yoxdur.
Azərbaycan vətəndaşlarının şəxsi əmlakına 100 milyard manat zərər vurublar,Ermənistanın bu zərəri ödəlməsi haqda heç bir hökümət qərarı və parlamentin müzakirəsi niyə keçirilmir?
Bu gün nələr baş verir? Məgər dünən baş verənlərlə bu günün arasında nə fərq var?
Biz Azərbaycan Türk olaraq öz tariximizi yazmağa kimlər qadağa qoyub?
Shakir Ulubey












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.