Bu, əsla müharibə deyil, bir qapıya top oyunudur.

4-09-2024, 16:38           
Bu, əsla müharibə deyil, bir qapıya top oyunudur.
Rusiya tərəfinin güclü ballistik raketlərlə, (hansı ki, Gəncədə də bir məhəlləni, camaatı qırmışdı) Ukraynanın Poltava şəhərində İnstitut binasını və xəstəxananı vurması, böyük insan tələfatına səbəb olub. Son məlumata görə, 51 nəfər ölüb 271 nəfər ağır xəsarət alıb, ölənlərin sayı artır...
Çox dəhşətli qəddar və qeyri-bərabər hüquqlu müharibə gedir. Rusiya tərəfi Ukraynaya yönəli əlindəki bütün hərbi vasitələrdən, kütləvi qırğın törədən ağır raketlərdən istifadə edir, heç nəyə baxmayaraq binalarını hədəfə alır, mülki əhalini qırır, yaşam, enerji infrastrukturlarını məhv edir.
Ukrayna tərəf isə, yalnız dronlardan istifadə ilə Rusiya ərazisindəki bir neçə neft çənlərini vura bilir. Və Qərb, çox böyük təntənə ilə Ukraynaya dəstək üçün verdiyi F-16 təyyarələr, uzaqvuran raket silahların Rusiyaya qarşı adekvat cavabla istifadəsinə isə razılıq vermir. Bu, nə deməkdir?!
Belə müharibə olur? Onda, bu silahlar Ukrayna üçün niyə verilir, saxlayıb üzünə baxmağa?? Bu müharibənin bitməsi yolu sülhdür. Ya, Ukrayna Rusiya kimi silahlanaraq ona tam eyni, adekvat zərbə vurmalıdır, ki, Kreml güc, silah bərabərliyi görüb sülhlə çəkilsin. Ya da ki Qərb geri çəkilib Ukraynaya imkan verməlidir ki, Gürcüstan kimi ərazisinin bir hissəsini Kremlə buraxaraq, sülhə və atəşkəsə gedilsin. Köməyi adekvat verirsən ver, vermirsən, qoy, Ukrayna başına çarə qılsın.
Güman edək ki, bu dəfəki ağır dəhşətli Poltava qırğınından sonra Ukraynanı dəstəkləyən Qərb artıq, konkret nəticəyə və qərara gələr. Yazıqdır Ukrayna xalqı, camaatın taleyi ilə siyasət olmur.
P. S. Ukraynada, dövlət tibb universitetinin son dövlət imtahanını verib, diplomunu götürüb də tələsik Almaniyaya, yanıma gəlmiş kiçik oğlum nələr danışır... Bütün günü Kiyevə bomba atılır, hava həyəcanı. Dövlət imtahanını verdiyimiz an hava 'sirenası', yaxında partlayışlar, tez müəllim professor, tələbələr testlərimizi götürüb, tələsik qaçırıq deyir, Uni binasının zirzəmisinə. Və şam işığında əsə-əsə imtahana davam edirik. Kiyev enerji infrastrukturu dağıdılıb, işıqlar yanmır ev və idarələrdə, şam işığındayıq, su yox, qaz yox! Bu, müharibə deyil ki, bir qapıya top oyunudur.
Ilqar Altay













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.