AXMAQLIĞIN QANUNLARI

13-09-2024, 10:34           
AXMAQLIĞIN QANUNLARI
Karlo Çippola (ital. Carlo Cipolla) məşhur italyan iqtisadiyyat tarixçisidir.
O, 1988-ci ildə çap olunmuş "Allegro ma non troppo" ("Tez, lakin çox da tez deyil") adlı kitabının ikinci fəslində axmaqlıq qanunlarından bəhs edir…
Hər cəmiyyətdə genetik axmaqlıq nisbəti 2%-dir. Təhsil bu göstəricini dəyişmir.
Çippola insanları dörd sinfə ayırır: sadəlövhlər, ağıllılar, yırtıcılar və axmaqlar.
İtalyan alim axmaq insanlarla bağlı əsas qanunları belə müəyyən edir:
1. Ətrafımızda düşündüyümüzdən daha çox axmaq var;
2. Axmaqlıq insanın hansısa digər xarakterik xüsusiyyətindən asılı deyil;
3. Bir axmağın ətrafına zərər vermə ehtimalı onun iyerarxiyadakı tutduğu yüksək yerlə düz mütənasibdir;
4. Axmaq məxluq ən gözlənilməz zamanda və yerdə, səbəbsiz və plansız bir şəkildə qarşınızda peyda olur;
5. Axmaqların hərəkətləri məntiq qaydalarına uyğun olmadığı üçün onlara məntiqlə cavab vermək mümkün deyil;
6. Axmaq olmayan insan axmağın zərər vermə potensialını ciddiyə almaz, axmaqla ünsiyyətdə olmağın onları yanlış yola sürükləyəcəyini yaddan çıxarır;
7. Axmaq insan mövcud olan ən təhlükəli insan tipidir. Təcrübəli quldur belə cəmiyyəti zəiflətməz, amma axmaq adam cəmiyyətə zərər verər;
8. Geridə qalmış cəmiyyətlər axmaqları daha güclü vəzifələrə gətirirlər.
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru