Banqladeşli İdrisin hekayəsi: "- Uşaqlarıma işimin nə olduğunu heç vaxt demədim."

18-09-2024, 00:11           
Banqladeşli İdrisin hekayəsi: "- Uşaqlarıma işimin nə olduğunu heç vaxt demədim."
- Uşaqlarıma işimin nə olduğunu heç vaxt demədim.
Mənə görə utanmalarını istəmirdim.
Ən kiçik qızım nə iş gördüyümü soruşanda ona işçi olduğumu deyərdim.
İşdən evə qayıtmamışdan əvvəl ictimai tualetdə yuyunardım. Etdiyim işin nə olduğu barədə heç vaxt ipucu tapa bilməmişdilər. Qızlarımı məktəbə göndərmək, onları oxutmaq istəyirdim. İnsanların qarşısında qürurla durmalarını istəyirdim. Hamının mənə baxdığı kimi heç kimin onlara baxmağını istəmirdim. Çünki insanlar həmişə məni aşağı görürdü... Qazancımın hər qəpiyini qızlarımın təhsilinə xərclədim. Heç vaxt təzə köynək almadım. O pula qızlarıma kitab aldım. Hörməti mənim üçün qazanmaqlarını istədim. Mən süpürgəçiyəm.
Qızımın universitetə qəbulunun son tarixindən əvvəlki gün qəbul qiymətlərini ala bilmədim. O gün işləyə bilmədim. Zibilin yanında oturub göz yaşlarımı tutmağa çalışırdım. Bütün iş yoldaşlarım mənə baxırdı, amma heç kim danışmırdı. Uğursuz olmuşdum, incinmişdim və evə qayıdanda məndən giriş məbləğini soruşacaq qızıma nə deyəcəyimi bilmirdim. Mən kasıbam. Kasıb adamla bağlı yaxşı nəsə olmayacağına inanırdım.
İş qurtardıqdan sonra bütün iş yoldaşlarım mənə yaxınlaşdılar və yanımda oturub onları öz qardaşım kimi görüb-görmədiyimi soruşdular. Cavabımı gözləmədən bir günlük gəlirlərini ovcuma basdılar. Qəbul etmək istəməyəndə "Lazım olsa acından ölərik, amma qızımızı kollecə göndərərik" deyib, qarşı çıxdılar. Onlara cavab verə bilmədim. O gün yuyunmadım, amma evə daha təmiz getdim...
Hal-hazırda qızlarım üçü də təhsil alır və artıq işləməyimə icazə vermir. Həmin qızım isə bu yaxınlarda universiteti bitirəcək. Yarım günlük işi də var. Çox vaxt məni köhnə iş yerimə aparıb dostlarıma və mənə yemək yedirdir. Dostlarım gülüb niyə bizə tez-tez yemək yedirtdiyini soruşanda qızım "Həmin gün hamınız mənə görə ac qaldınız. Bunun sayəsində bugünkü yerimə gələ bildim. Hamınızı hər gün yedirdə bilməyim üçün Allaha dua etmişdim" dedi.
Artıq özümü yoxsul biri kimi hiss etmirəm. Belə övladı olan ata necə kasıb ola bilər?
Banqladeşli İdris
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.