ULULARIN BABİLİDƏ METEOROLOGİYA AKADEMİYASI

Dünən, 15:04           
ULULARIN BABİLİDƏ METEOROLOGİYA AKADEMİYASI
Eradan əvvəlin 8-ci əsrinə (2800 il) aid etdiyi lövhədəki hadisəni Avropa müəllifi belə təsvir edir:
" Sağda ayrıca - narıncı-qəhvəyi rəngli əqiqdən hazırlanmış silindr möhürü; solda lövhədə ibadət edən şəxs pilləli stenddə Mərduk tanrı qotazlı kürəyinin və kvadrat stenddə tanrı Nəbunun xəncər, paz və ya qələminin düz qarşısında dayanır. Arxada, aypara şəklindəki Ay və Boğa bürcünün Ülkər ulduz küməsi və ya Sürəyya ulduzları və ya Yeddi bacı (Pleyades) ulduzları adlanan küməsi (toplusu) altında, Gilqameş və Enkidu qaçan Humbabanın cinahındadır (yanlarını kəsiblər). İbadət edən Humbabanın uclardan alovlu xətlər saçan qübbəli saç düzümü var...".
Yazısını isə bu cür tərcümə edir:
Ninurta-ahu-usurun (Möhürü).
BİZİM İNTERPRETASİYAMIZ
Lövhəyə aşağıdakı hecalar qazılıb:
SHAMASH PAP-PAP
Belə anlanılır: Şamaş-Günəş, bap, bap!
Yəni, Şəməş, qapı! qapı ! .......................................yaxud da
Şəməş, darvaza! darvaza !
Shəməş – Günəş; Pap – mütləq BAP-dır. Gil yazımızda B>P metatezi tez-tez rast gəlinən hadisədir. Müasir lüğətdə ərəbinki kimi verilmiş BAP - kəlməsi 1) qapı, darvaza ilə yanaşı, həm də 2) fəsil, bölmə (kitabda); 3) mövzu, sual, predmet; 4) cogr. körfəz mənalarını veir. Bu yazıda birinci, qapı, darvaza versiylarında işləyir.
Babilistan (indiki İrak) mühitində Şamaşın – Şəməşin – Günəşin təbiətdə və insan cəmiyyətindəki əzablı rolunun nə demək olduğunu xüsusi qeyd etmək yəqin ki, artıqdır.
Apreldən Oktyabra kimi ən isti aylar hesab olunur orada. Belə ki, gündüz havanın hərarəti çox vaxt 40-50 dərəcəyə qədər yüksəlir. May - Oktyabr ayları arası yağış olmur. Yəni 6 ay sərasər torpağa göydən bir damcı nəm düşmür.
Ölkənin bu halı 6 min il öncə türkcə yazıb-yaratmış astronom ENLİL İSMƏ yaradıcılığında da öz əksini tapmışdır. O, “Astronomik şeirlərinin” birində bu halı belə təsvir edir:
“Ömür sürmə anız (küləş) ilə, iri bassaq ara sən,
İki şüüş (şüyüt) kimə umum, elam maşu gur əkdim.
Uttayar ki, ləbbi ləki üşcə günə,
İnə uc qatı libb su, ilsə kürədü.
Sonuncu misra hər şeyi deyir. Su göy ləkinin qırağına çatmır (libb – bəs etmir), əkilmiş səbzə isə 3 günlükdür, ilsə kürə kimi od tutub yanır.
Türkcə digər bir deyim isə birbaşa meteoroloji termindir. Əcdad orada hər şeyi elmi dillə bəyan edir:
“SƏPTÜ MƏRDUK ƏMƏR UTU. BEL, MATADU?
KUR-KUR SALBA BÜRÜNÜB BU”.
Səpdi Od allahı Mərduk hər şeyi (torpağı, yaşıllığı, məhsulu, suyu, ruzi-bərəkəti, qocanı, körpəni əmən (yandırıb külə döndərən) odu; Bel (fəlakət) məgər matahdır (hədiyyədir)? Kor-kor səlbə (mənfi balansa) bürünüb bu).
Yəni hər şeyi pörşüdən qızmar isti heç sönənə oxşamır.
Belə halda, Babil kişiləri qərara gəlirlər ki, Şəməşi göydən endirib, onunla ciddi danışsınlar. Axı bu nə deməkdir, güntünün (sutkanın) 15 saatı günəşli gün edirsən, kölgədə belə insan təngənəfəs olur.
Uydurma "HUMBABA" lövhəsi yerdəki əzabın ifadəsidir.
Allahın yerə endirilməsi, bir az yunan əsatirinə bənzəsə də, tablodakı təsvirdən çıxan nəticələr belədir :
Ortada oturdulan Şəməşdir. Günəş şüaları onun baş hissəsidir. Qalanı insan bədəni. Günəşi bir növü susdurmaq niyyəti güdür yer adamları, daha doğrusu, Babilin Türk kişiləri. Tablonun bu məqsədə xidmət etdiyi və onun meteorologiya mövzusunu qabartdığı, ondakı digər Yer və Göy atributlarının varlığı da təsdiq edir.
____________________________
Bu cür tablolar "Sylinder seals" (Möhürlü silindrlər) adlandırlır ingiliscə. Mən türkcə tərcümə etdiyim 50-dən çox bu cür şəkilləri yeni kitabımda "BASMAQƏLİB LÖVHƏLƏR" adlandırıram. Çünki istədikləri şəkli ulular, sağdakı silindrşəkilli dairəvi sərt materialdan olan diyircəyə (buradakı əqiq daşıdır) oyur, sonra onu yaş gil lövhənin (solda) səthi boyu bərk basıb diyirlədir, möhürdəki "neqativi" lövhədə pozitivə çevirib əbədiləşdirirdilər.
Bu tabloların yazılarının açılması özümü yoxlamaq üçün olduqca vacibdir. Doğrudanmı, "şumer" dili türk dilidir? Hamısı sübut edir ki, ƏVƏT, biz HƏQİƏQT yolundayıq ! Şəkillər özünü yoxlama metodudur. Onlar açdıqlarımı tam isbata gəlir. Onlarda humbaba, trampbabalar yoxdur.
ŞÜURLU ADAM ÖZ ADAM PROBLEMİN MİN ZİLLƏTLƏ QAZIYIB ONLARA...
***
Ardı var.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.