Demosfen kürsüyə çıxıb nə danışdı?

13-11-2024, 12:04           
Demosfen kürsüyə çıxıb nə danışdı?·
Afinada mühüm müzakirə zamanı Demosfen kürsüyə çıxır, lakin insanlar daim öz aralarında danışır və filosofu dinləmirlər.
Demosfen deyir ki, qısa bir hekayə danışıb düşəcəyəm və başlayır:
“Bir gənc Afinadan Meqara getmək üçün eşşək kirayələmişdi. Eşşəyini icarəyə götürən adamın da Megarada işi vardı. Onlar birlikdə yola düşdülər. Günorta istisi idi. Bir az dincəlmək və nahar etmək üçün su kənarında oturdular. Amma heç kölgəlik yer yox idi deyə eşşəyin sahibi yeməyini götürüb heyvanın kölgəsinə sığındı. Eşşəyi kirayəyə götürən gənc dedi ki, sən keç, mən kölgədə oturacam. Eşşəyin sahibi: "Heyvan mənimdi, mən oturmalıyam". Gənc: “Amma eşşəyi mən icarəyə götürmüşəm”. Heyvanın sahibi: “Sənə eşşəyi kirayəyə vermişəm, kölgəsini yox”. Beləliklə aralarında dava düşür...
Hekayənin bu yerində Demosfen tribunadan enir və getməyə başlayır. Hamı “Axırda nə oldu, sonunadək danış” deyə qışqırmağa başlayanda Demosfen kürsüyə qayıdır:
"Mən sizə çox vacib bir məsələ ilə bağlı nəsə deməyə çalışdım, qulaq asmadınız. İndi eşşəyin kölgəsi ilə maraqlanırsınız. Nə fikrimi, nə də eşşək kölgəsinə nə baş verdiyini deyəcəyəm..."
O, tribunadan düşür və uzaqlaşır.
Seymur Abbas
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru