XXI ƏSRİN MƏSTƏLİ ŞAHLARI - Mirzə Fətəlinin dalınca danışarkən
Bu gün, 16:04
Bilmirəm, sənə rəhmət oxuyum, yoxsa lənətləyim, ay Mirzə Fətəli!!! Deyirlər ki, ölənin dalınca danışmazlar. Amma mən danışacağam. Belə olmaz axı...
175 il bundan əvvəl Dərviş Məstəli Şahı miras kimi bizə sırıdın. Bizə bir başqasını miras buraxa bilmirdin. Sən çoxdan Yaradanın dərgahına qovuşmusan. Amma biz zibilə düşmüşük. Bu millətlə nə düşmənçiliyim vardı?!!!
İndi əksəriyyət Dərviş Məstəli şaha oxşamaq istəyir. Bu Məstəli şah əsil Devid Kopperfild imiş. Yox, dilim-ağzım qurusun! Yalan dedim. Devid Kopperfild bizim Dərviş Məstəli şahın yanında heç qələt də eləyə bilməz. Bizimkinin ardıcıllarının sayı riyazi deyil, həndəsi silsilə ilə artır. Bakıda Məstəli şahlar ordusu peyda olub. Hamısı da Pariji dağıtmağa söz verir...
Azər qardaşım da Азер Рашидоглу bizi dərvişliyə çağırır. Amna Nəsimi dərvişliyinə, yəni aqilliyə. Özü inanmaq istəyir və bizi də inanadırmağa çalışır ki, hamımız "aqil insan" ola bilərik. Binəvanı eşidən yoxdur...
Digər dostum İbrahim İbrahim Nebioğlu gecə-gündüz bilmir, axtarıb tapır, gah Nobel mükafatı alanların, gah da elmi işlərin sayına görə ölkələrin siyahını öz səhifəsində dərc edib, bizə göstərməyə çalışır ki, bu dünyanı idarə edən, işıqlı gələcəyə aparan müsyö Jördanlardır. Heç bir fəydası yoxdur. Biz isə nəinki Pariji, ruslarlın Rasputinləri ilə birlikdə Berlini, Londonu və hətta Vaşinqtonu da dağıdacağımızı, yəni şeyx Nəsrullahların, Dərviş Məstəli şahların yolundan dönməyəcəyimi bütün Dünyaya bəyan edirik...
Firavanlığımızı təmin edəcək tərəqqi yolu bizlik deyil. Üzümüxü Şətqə tutmuşuq. Şərqliyiq. Cahilik vı daha cahil oımaq istəyirik. Şeyx Nəsrullahlara, Məstəli Şahlara əhsən deyirik. Onları başbilənlərimiz sayırıq. Türklər demişkən, daha çox Şeyx Nəsrullahlar, Məstəli şahlar "üretirik". "Üretdiyimiz" Nəsrullahların, Məstəli Şahların fırıldaqçı olub, cahilliyi bizim üçün seçdiklərini, özlərinə və övladlarına isə Londinda və Parijdə gün ağladıqlarını görmürük.
Mənim yaşadığın Sürizdə belə Nəsrullahların, Məstəli şahların övladları, nəvə-nəticələri ən bahalı özəl məktəblərdə oxuyurlar. Adlarını sadalamıram. Kimisə yaddan çıxarda bilərəm, ya da kimdənsə xəbərim olmaz. Onlara qarşı böyük ədalətsizlik olar. Axı könüllü olaraq lap İsa peyğəmbər kimi bütün millətin, bütün hümmətin günühalarını yumaq üçün özləri və övladları şeytan yuvasında cəhənnəm əzabı çəkirlər. Bizlərin yerinə bu şeytan sınağından keçirlər. Millət və hümmət naminə bundan ds böyük fədakarlıq ola bilməz...
İndi Sizlər, yəni XXI əsrin Məstəli Şahlarına inanıb onların arxasınca gedənlər mənim sualıma cavab verib deyin görüm ki, bu Mirzə Fətəliyə rəhmət və ya lənət düşür...
Sürix
Rauf Mirqədirov
ЕУКУА