Son 3 ildə Almaniyada qeydiyyata alınan 8 Elmi Kəşf həmmüəllifləri olan alimlərimiz: Avropa Təbiət Elmləri Akademiyası Ensiklopediyasının 2024 nəşrində bioqrafik məlumat
Bu gün, 08:18
Tərəf.az xəbər verir ki, Son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş 8 Elmi Kəşf müəllifləri
ATEA akademikləri Rahim Abas oğlu Daşdiyev və Nazilə Cavad qızı Daşdiyeva haqqında
bioqrafik məlumatlar Avropa Təbiət Elmləri Akademiyası (ATEA) Ensiklopediyasının 2024-
cü il nəşrində dərc edilmişdir. Ensiklopediyanın sonunda ATEA akademiklərinin lokanik
məlumat baxımından nümayiş etdirilən 14 kəşfdən 3-ü həmmüəlliflər olan Daşdiyevlərə
məxsusdur (). Kəşflərlə bağlı ATEA prezidenti tərəfindən Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevə mütəmadi olaraq rəsmi məlumat daxil olur. Elmi Kəşflər hər
bir ölkədə Elmi-Texniki İnqilabın tərkib hissəsidir. Məhz bu baxımdan Daşdiyevlərin Elmi
Kəşflər bazasında yeni texnologiyaların yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail
olunmasında əsas meyar hesab edilən mötəbər mənbələr:
Ümummilli Liderimiz Heydər Əliyevin alimləri dəyərləndirmə bəyanatı:
“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə
bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən
insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalarla bağlı bəyanatı:
“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib
Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz
özümüz bu texnologiyaların müəllifləri olaq” (10.05.2023. Ulu Öndərin 100 illik yubiley
günü).