BİR DAHA ETRUSK TÜRKÜ BARƏDƏ ÇİUSİDƏ (İTALİYA) "SENTA LARTİA SEYANTİ SARKOFAQI"
Bu gün, 11:54
Rəsmi ədəbiyyatın verdiyi məlumata görə sanduqədə guya "LARTHİA SEYANTİ" adlı mərhumə dəfn edilib.
Ancaq yazı təmiz ETRUSK TÜRKCƏSİNDƏDİR və Sarkofaqın qapağının qalın ön zolağında cızılmış ("yazılmış" deməyə adamın dili gəlmir - yazı etrusklarda məhz səliqəsiz şəkildə cızılırıdı) sağdan sola belə oxunur:
XIDOIA : SEIANTIIME : IINS KOIF : ZVCIMASI
Etrusca belə səslənir:
XİDOYA, SEYA N[?]TİME İİNS KOİV Z[?]VCİMASI
XUDOYA, SEYA NETIME IINS KOIF ZEVCIMASI.
Lüğət:
XUDOİA - XUDAYA - XUDA - allahın epitetlərindən biri. Heç kəs deyə bilməz ki, XUDAYA kəlməsi türkündür. Hamı onu fars mənşəli qrammatik vahid kimi qəbul edir. Ancaq Etruskla Parsın kontaktı barədə tarix heç bir məlumat vermir. Fars hələ Hindistandan gəlməmiş (2700-2800 il qabaq) Etrusk Türkiyədən (2800-3000 il qabaq) dəniz yolu ilə Apenninə köç edib. Bundan sonra fars onu İtaliyaya gətirib Etruska verə bilməzdi. Deməli Etrusk onu köhnə Vətəni Ete Elindən (Türkiyə) özü ilə Apenninə gətrimişdi;
NTİME - şübhəsiz N[E]DİME - saray xanımı, freylina anlamında;
..................Bu, NEDİMLİYİ anun zadəgan görkəmindən, bahalı paltarından, üz-gözündən yağan qayğısız həyat tərzindən və əlindəki ya dairəvi güzgüdən (özünə sığal vermək üçün), yaxud da papirus və ya mum kitabdan aydın görünür;
SEYA - ada bənzəyir, mərhumənin adına;
İİNS - "insanlıq" deməkdir - yəqin ki, şəkildəki sarkofaqın - daş
tabut üzərindəki cavan ikən dünyasını dəyişmiş qadının abidəsinə işarədir;
KOİF - qoyif - qoyub feilidir; Bizim Nüvədi ləhcəsində (bizim ləhcədəki bənzərlə "İfa olunan" etrusk sözlərinə çox rast gəlirəm) də elə belə tələffüz edilirdi: Bacım Nənəşin dilindən eşitmişəm:
"Bu binonın əsosın amım quyif". (Bu binanın əsasın əmim (atam) qoyub).
ZEVC - ər; Zevcə -arvad, həyat yoldaşı. ZEVCİMƏSİ - ərin sevgili deyiliş forması. Bunun da mütləq ərəb mənşəli olduğunu yazır türk lüğətləri. Özünüz mühakimə edin.
Bu günkü azərbaycanca belə səslənir və anlanılır:
"XUDAYA, NEDİME SEYƏ İİNS (HEYKƏLLİ SARKOFAQI) QOYUB ZEVCİMƏSİ".
Daha geniş formatda:
XUDAYA, SARAY XANIMI SEYƏ (SƏY`Ə) İNSAN HEYKƏLLİ DAŞ SARKOFAQ) SEVİMLİ ZEVCİ (ƏRİ) TƏRƏFİNDƏN QOYULUB.
***
CHIUSİ - Florensiya (Etruriya) vilayətində etrusklardan qalma şəhərin adıdır. Həqiqətən də QƏDİM TÜRK TORPAĞI OLMUŞ İNDİKİ ETRURİYANIN (ETE TÜRKİYƏNİN - FLORENSİYA VİLAYƏTİ) MƏRKƏZİNDƏ ŞƏHƏRDİR.
****
Bu sarkofaqın bizim dildə danışmasından həvəslənib gedirsən tarixin dərinliyinə və görürsən ki, şəhərin adı da ETRUSKLARDA ya "QUYUSU", ya "ÇİYSU" olub. Deyirəm bəlkə oturduqları yerin altından süzülən su olduğundan yerli əhali ona ÇİY SU deyib?
Yəni "Üstdən tökürük, altdan içirik"??
İtaliya ədəbiyyatı yazır:
"Birbaşa su mənbəyi olmayan bir təpədə yerləşən Chiusi`nin (Çiusi) düşmənlərə qorxunc bir güc kimi sağ qalması Etrusk əhalisinin yaradıcılıq qüdrətinə əyani sübutdur. Süzgəc tunellərindən və yeraltı sisternlərdən istifadə etməklə su toplayan bu xalq həyatda qalma bacarığını artırıb, yüksək siyasi zirvələrə yüksələ bildi".
***
Eradan əvvəl 7-5-ci əsrlərdə CHIUSININ kralı PORSENNA (adın yunanlaşdırılması göz qabağındadır) Romanı fəth edir. Deyilənə görə, "ÇİY/SU" şəhərinin altında həmin quyular indi "CHİYUSİ LABİRİNTLƏRİ" adlanır. Turistlərin ən çox səfər etdikləri yeraltı lağımlardır. Lakin çox soyuq olduğundan 30 dəqiqədən artıq qalmaq olmur yerin altındakı saraylarda.
***
Və bir də söz gəzir ki, İmperator Porsennanın məzarında 12 atlı araba və onları qoruyan bir xoruz və 5000 cücə olub. Onlar hamısı QIZILDANDIR !!
Tariyel Azerturk
TEREF