1982-ci ilin bu günü İstanbulda 100 yaşının tamam olmasına cəmi 2 ay qalmış bir insan dünyasını dəyişmişdi.

Bu gün, 17:54           
1982-ci ilin bu günü İstanbulda 100 yaşının tamam olmasına cəmi 2 ay qalmış bir insan dünyasını dəyişmişdi.
Bu insan dahi bir şəxsiyyətin təkcə silahdaşı deyildi. Sanki onun qoruyucu mələyi idi. Söhbət Məhəmməd Əli Rəsulzadədən gedir.
Ad oxşarlığından yəqin ki, anladınız. O, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu idi. Milli Şuranın sədrindən 2 yaş böyük Məhəmməd Əli bütün ömrü boyu dahi şəxsiyyətin yanında olub. Stalinlə ilk görüşdə onu müşayiət edib. Stalin Rəsulzadəni təhdid edəndə onun cavabı verib. Şəkillərdən hiss olunur ki, çox cüssəli adam idi.
AXC qurulanda Məhəmməd Əli Rəsulzadə deputat seçilir. Hökumət mətbəəsinin müdiri təyin edilir.
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə vəfat edəndə Məhəmməd Əli Rəsulzadə “kaş Əmin bəy sağ olardı, mən öləydim” deyir. Lakin o, hələ uzun illər yaşayacaqdı.
Ailəsindən, ölkəsindən uzaqda ömür sürəcək. Mühacirətə getməsindən yarım əsr sonra oğlu Aydın İstanbula gedəcək və atası ilə görüşəcəkdi.
Джавид Дамирли
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.